İşə qəbul üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Pak Dad Group İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Korporativ telefon nömrəsi ilə təmin olunur.

Şirkətimiz “Pak Dad” brendi adı altında 4 restoran, 7 fastfood və BalBadəm şirniyyat eviləri ilə artıq 12 ildir xidmətinizdədir. Artıq bir işəgötürən brendi formalaşdırmışıq. Biz öz karyerasını şirkətimizdə qurmaq istəyən hər bir səriştəli insanları bizimlə işləməyə dəvət edirik.

Vəzifə: İşə qəbul üzrə mütəxəssis

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Sahə üzrə minimum 1 il
Təhsil: Ali
Yaş həddi: 23-28, kişi namizəd;

Vəzifə öhdəlikləri:

  • Restoran menecerlərindən daxil olmuş işçi tələbi blanklarına müvafiq olaraq işçi axtarışını həyata keçirmək ;
  • İşçi tələblərinə əsasən müvafiq elanları hazırlamaq, müxtəlif saytlarda, sosial şəbəkələrdə elan dərc olunmasını təmin etmək;
  • İşə qəbul funksiyası üçün istifadə olunan sosial şəbəkə hesablarını idarəetmək;
  • Müxtəlif vakansiyalar üzrə daxil olmuş CV-lərin incələnməsini həyata keçirmək;
  • Vakansiyalara uyğun namizədlərin seçmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək;
  • İşəqəbul prosesi zamanı arxivləşdirmə və sənədləşmə əməliyyatlarını aparmaq;
  • Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
  • Vakansiyalarla bağlı restoran menecerləri ilə işin təşkilinin aparılmasını təmin etmək;
  • Yeni işçilərin adaptasiya prosesini təşkil etmək, yerlərdə sınaq müddətlərini izləmək, sınaq rəylərinin alınmasını təmin etmək;
  • Satış komandası ilə təlim inkşaf məsələləri üzrə əməkdaşlıq etmək.

Tələblər:

  • İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsilinin olması;
  • Azərbaycan, ingilis və ya rus dillərini orta səviyyədə bilməsi arzuolunandır;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Stres altında işləməyi bacarmalı;
  • Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olması;
  • İşəqəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
  • Ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
  • CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
  • MS office proqramlarında işləmək qabiliyyəti olmalı.
  • İş qrafiki: 6 günlük iş qrafiki, saat 9:00 -18:00 dək.
  • Əmək haqqı: müsahibə əsnasında təyin ediləcəkdir.

Təminatlar:

  • Nahar ilə təmin edilir;
  • Korporativ telefon nömrəsi ilə təmin olunur.

İR mütəxəssis” başlığı qeyd olunmaqla CV-nizi hr@pakdad.az poçt ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı