Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Pak Dad İnsan Resursları Əməliyyatlar üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar ilə təmin edilir.
Şirkətimiz “Pak Dad” brendi adı altında 4 restoran, 7 fastfood və BalBadəm şirniyyat eviləri ilə artıq 12 ildir xidmətinizdədir. Artıq bir işəgötürən brendi formalaşdırmışıq. Biz öz karyerasını şirkətimizdə qurmaq istəyən hər bir səriştəli insanları bizimlə işləməyə dəvət edirik.
Vəzifə: İnsan Resursları üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Sahə üzrə minimum 1 il
Təhsil: Ali
Yaş həddi: 25-30, kişi namizəd;
İşin təsviri: Kadr inzibatçılığı ilə əlaqədar prosesləri icra edəcəkdir.
Vəzifə öhdəlikləri:
- E-gov portalında əməliyyatları icra etmək;
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aylıq iş uçotu tabellərini, məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
- Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək.
Tələblər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- MS Office kompüter proqramlarından istifadə etmək bacarığı;
- Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
- E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları.
- İş qrafiki: 6 günlük iş qrafiki saat 9:00 -18:00 dək.
- Əmək haqqı: müsahibə əsnasında təyin ediləcəkdir.
Təminatlar:
- Nahar ilə təmin edilir;
- Korporativ telefon nömrəsi ilə təmin olunur.
““İR mütəxəssis” başlığı qeyd olunmaqla CV-nizi hr@pakdad.az poçt ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...