Qısa məzmun
STP Global Cable Mühəndis avtomatik vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Azərbaycan dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilməli;
- İşgüzar və məsuliyyətli olmalı;
- Sahə üzrə sertifikatların olması arzuolunandır.
Hansı işləri görəcəksiniz:
- Təzyiq, sərf, istilik səviyyə ölçən və digər cihzaların, avtomatik vasitələrin quraşdırılması, təmir edilməsi, sazlanması, yustirlənməsi və sınanması;
- Nəzarət və idarəetmə sistemlərinin bloklarını, qida bloklarının və məlumat-ölçü qovşaqlarının sazlanması, quraşdırılması və istismara verilməsi. Hər cür nəzarət-ölçü cihazları tətbiq etməklə nizamlanan aparatların elektrik parametrlərinin yoxlanılması;
- Mexanizmlərin, cihazların, sistemlərin nizamlanması və sınanması üçün stend və imitasiya sxemlərinin qurulması;
- Müasir TP AİS-nin və NÖC və Avtomatika vasitələrinin tətbiq edilməsində və öyrənilməsində iştirak edilməsi, təmiri, sazlanması və texniki xidmət üçün iş yerlərinin hazırlanması;
- Texniki xidmət obyektlərində plan-cədvələ əsasən istifadə edilən cihazların metroloji yoxlanmalarının yerinə yetirilməsinə nəzarət edilməsi;
- Avtomatlaşdırma sahəsində müasir TP AİS-ni və avtomatika vasitələrini öyrənməklə texniki biliklərinin səviyyəsini sistematik artırılması;
- Nizamlanan aparatların sazlama metodlarının aydınlaşdırılması və nəzarət-ölçü cihazları və enerji mənbələri ilə birləşmə sxemlərinin hazırlanması;
- Elektrik prinsipial, funksional və texnoloji proses-avtomatika vasitələri sxemlərini oxumağı və quraşdırma işlərində obyektlərin avtomatlaşdırılması layihələrindən istifadə etmə bacarığı;
- Quraşdırma işlərində tələb olunan standartlara əməl etməli və görülən işin keyfiyyətə cavabdeh olmalı.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
- Tibbi sığorta mövcuddur;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühəndis avtomatik” yazaraq 20.10.2022-ci il tarixinədək göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Baş mexanik
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki şöbənin Rəhbəri
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Memarlıq üzrə təcrübəçi
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
1500₼
Laçın ərazisi üzrə koordinatorAznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...