Kiçik hüquqşünas
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Jurisaz Kiçik hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə və öhdəliklər:

  • Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;
  • Bütün növ əqdlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
  • Hüquqi şəxslərin və xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
  • Hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatların dövlət qeydiyyatına alınması: (Hüquqi ünvan dəyişikliyi, təsisçi dəyişikliyi, direktor dəyişikliyi, nizamnamə kapitalının artırılması və ya azaldılması, ad dəyişikliyi, nizamnaməyə-əsasnaməyə edilən hər hansı digər dəyişikliklərin qeydə alınması);
  • Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;
  • Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi
  • Əmtəə nişanlarının qeydiyyata alınması
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;

Kiçik hüquqşünas aşağıdakıları bilməlidir:

  • Mülki, cinayət, əmək, maliyyə, miqrasiya, vergi, hüquqları;
  • Təsərrüfat müqavilələrinin, ümumi müqavilələrin, beynəlxalq müqavilələrin, kollektiv müqavilələrin, tarif razılaşmalarının bağlanması və rəsmiləşdirilməsi qaydalarını;
  • Müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi sənədlərin sistemləşdirilməsi, uçotu və aparılması qaydalarını;
  • İşgüzar ünsiyyət etikasını;
  • Kargüzarlığın təşkilinin əsaslarını;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın əleyhinə təhlükəsizlik qaydalarını;
  • Daxili əmək intizamı qaydalarını;

Namizədə olan tələblər:

  • Hüquq elmləri üzrə ali təhsil;
  • Hüquq sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Hüquq konsultasiya şirkətlərində ən az 1 il təcrübə;
  • Dil bilikləri: Rus və ingilis dili arzuolunandır;
  • Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir.
  • Yaş məhdudiyyəti: 25 yaş – 45 yaş.

Şərtlər:

  • Tam iş günü (09:00-18:00), iş qrafiki I-V günlər,
  • Əmək haqqı: 800 AZN

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini  Subject/Mövzu hissəsində “Kiçik hüquqşünas” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

1500 — 2000 ₼
Hüquqşünas

ASADZADESANAN MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...

ASADZADESANAN MMC

26.12.2024 - Bakı