Arxiv şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kapital Bank Arxiv şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Öhdəliklər:

  • Arxiv şöbəsinə  Baş ofisdən və filiallardan  təhvil verilməli olan  qovluq və bağlamaların   müvafiq prosedurun tələblərinə əsasən yoxlanılaraq təhvil – təslim aktı əsasənda  qəbul edilməsi;
  • Qəbul edilmiş qovluq  və bağlamaları  uyğun xronoloji ardıcıllıq üzrə rəflərə yığılması;
  • Ehtiyac yarandıqda  sənədlərin tarix və aidiyyəti üzrə qruplaşdırılması, qovluqlara yerləşdirilməsi və reyestrinin tərtib edilməsi;
  • Bəzi arxiv sənədlərinin elektron məlumat daşıyıcılarında (scan formada) əks etdirilməsi və sorğu verən struktur bölməyə və/və ya vəzifəli şəxsə elektron sistem vasitəsi ilə göndərilməsi;
  • Təhvil alınmış sənədlərin təhvil – təslim aktlarının elektron reystrinin təşkil edilməsi;
  • Saxlanma müddəti başa çatmış sənədlərin ayırılması və bu barədə müvafiq aktın tərtib edilməsi;
  • Rəhbər və ya digər səlahiyyətli şəxslərin tələbnaməsi ilə kağız formada saxlanılan sənədlərin müvəqqəti istifadə üçün sorğu edən şəxslərə təhvil verilməsinin təmin edilməsi və s.

Tələblər:

  • Ali təhsil;
  • Səlis Azərbaycanca səlis danışıq və yazı, (Rus dili arzuolunandır);
  • Arxiv sahəsi üzrə minimüm 2 il iş təcrübəsinə malik olmaq;
  • Tez öyrənmə bacarıqları, problemlərin həlli və həlli yollarını təklif etmək, detallara diqqət, dəqiqlik , təcili işlərə həssaslıq;
  • MS office proqramlarında işləmə bacarığı;
  • Yaradıcılılıq və təşəbbüskarlıq;
  • Özünütənqid və məsuliyyətlilik qabiliyyəti.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud hr@kapitalbank.az email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı