Qısa məzmun
Azersun Holding şirkəti İnsan resursları üzrə bölmə rəisi (Biləsuvar ) vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə aid tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri
- MS Office proqramlarının mükəmməl biliyi;
- “ƏMAS – Əmək və Məşğulluq” altsistemi üzrə bilikləri;
- İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
- Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.
İş haqqında məlumat:
- İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, yeni vakansiyalar üzrə işçi axtarışı, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
- İşə qəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
- Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi və işə başladılmasını həyata keçirir
- Şirkət əməkdaşlarının aylıq əmək haqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) SAP proqramı üzərindən hesablanmasını və vaxtında ödənilməsini təmin etmək ;
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
- Əmək fəaliyyətinin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
- Əməkdaşların əmək fəaliyyətinin qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
- İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsi;
- Kadr bazasının yaradılması və idarə edilməsi, içilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
- Kadr işinin aparılması, əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət edilməsi;
- İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;
- Rəhbərliyə və dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması.
İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00
İş yeri: Biləsuvar rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya www.azersunhr.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İnsan resursları üzrə bölmə rəisi (Biləsuvar)” qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...