Mexanika üzrə Keyfiyyətə Nəzarət mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

SMTS MMC Mexanika üzrə Keyfiyyətə Nəzarət mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Layihənin mexanika bölümün dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq;
  • Mexanika layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək;
  • Mexanika işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək;
  • Layihə çizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;
  • Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərlərinə bildirmək;
  • Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq;
  • Tikinti sahəsində mexaniki işlərin təhlili,yoxlanılması və koordinasiyanı təşkil etmək;
  • Mexaniki avadanlıqları və cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
  • Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlamanı yerinə yetirmək;
  • Mexanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək;
  • Podratçı və subpodratçı müqavilələri əsasında işlərin icrasına nəzarət etmək;
  • AutoCAD proqramından istifadə edərək, bütün təsvirləri hazırlamaq;
  • Tikinti, elektrik, su çəkilişi (MEP) və istilik, havalandırma və isitmə (HVAC), o cümlədən inşaat qurğularının müxtəlif aspektləri ilə bağlı layihələndirilməsi və tikinti planları, təsvirləri və spesifikasiyalarını nəzərdən keçirmək;
  • Hesabat hazırlayıb yerinə yetirilmiş işlərin ətraflı qeydlərini aparmaq;
  • Podratçıların layihə hazırlanmasına nəzarət etmək, MEP standartlarına uyğun olaraq sənədləri nəzərdən keçirmək;
  • Layihənin təhlükəsizliyinə dair qaydaları tətbiq etmək;
  • Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanması məqsədilə tikinti işlərinin monitorinqini aparmaq və hesabat təqdim etmək;
  • Müfəssəl fəaliyyət planlarının tərtib edilməsinə yardım göstərmək, daxili sənədlərin təqdim olunmasını həyata keçirmək və ya əməkdaşlıq edən şirkətlərin rəy və təkliflərini əldə etmək;
  • Tikinti üzrə bütün təfsilatlı çertyojlar barədə qeydlər aparmaq və məlumat bazasını sənədlər üzrə yeniləmək.

Tələb olunan təhsil və biliklər:

  • Mexanika mühəndisi ixtisası üzrə ali təhsil
  • Mexanika mühəndisi olaraq inşaat sektorunda ISO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
  • MS office və AutoCAD proqramlarını əla səviyyədə bilməli;
  • Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini səlist ifadə etmək qabiliyyəti olmalı. (İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir.)
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Analiz və idarəetmə bacarığı.

Digər tələb və şərtlər:

  • Yaş həddi: 27-50
  • Əmək haqqı 2000-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
  • İş rejimi: 6 günlük iş həftəsi
  • Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində elektron ünvanına mövzu yerinə “Mexanika üzrə Keyfiyyətə Nəzarət mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Baş mexanik

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Xırdalan

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.11.2024 - Hacıqabul

Texniki şöbənin Rəhbəri

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

CONCO Engeneering

07.11.2024 - Bakı

Memarlıq üzrə təcrübəçi

PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...

PASHA Property Management

31.10.2024 - Bakı

1500₼
Laçın ərazisi üzrə koordinator

Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

30.10.2024 - Bakı