İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
- SO99+ proqramında əsas məlumatların saxlanılması
- Marketinq, Kommersiya və təchizatın planlaşdırılması şöbələri ilə yaxından əməkdaşlıq etmək
- Satış tarixçəsinin anormal sıçrayışlardan tələb olunan səviyyədə təmizlənməsi
- Məhsul ehtiyatı / Satış sahəsi səviyyəsində tendensiya, mövsümilik nümunələrinin təhlilini aparmaq
- Marketinq tədbirləri, reklam aksiyaları və ticarət fəaliyyətlərindən əsas proqnoz və artım təsirləri yaratmaq
- Məhdudiyyətsiz tələb proqnozu yaratmaq
- Ünvanlı tələb proqnozunun dəqiqliyini təkmilləşdirmək və təmin etmək
- Proqnoz, xidmət və inventar hədəflərində prioritetləri müəyyən etmək üçün ABC XYZ təhlilini aparmaq
- Nəticələri strukturlaşdırılmış şəkildə (cədvəl və diaqramlar, İYA) çoxfunksiyalı komandaya təqdim etmək
- Aylıq əsaslarla tələb proqnozunu MFT ilə uyğunlaşdırmaq
- Təchizatın planlaşdırılması, 3pl tərəfdaşları, maliyyə və maddi texniki təchizat departamentlərinə etibarlı həftəlik proqnoz təqdim etmək
- Ssenarinin planlaşdırılmasına dəstək vermək
- Əldə olunan nəticələri yerli əlaqələndirici şəxslər ilə paylaşmaq və proqnozun dəqiqliyini optimallaşdırmaq üçün lazım olan proqnoz tənzimləmələrini həyata keçirmək
- Yerli proseslərini, mədəniyyətini və tələblərini başa düşmək üçün təyin edilmiş bazarlarda əsas əlaqələndirici şəxslərlə ilə komandaya əsaslanan münasibətləri saxlamaq və təkmilləşdirmək.
Vəzifə tələbləri:
- Təchizat Zəncirinin idarə olunması ilə əlaqəli Biznes idarəçiliyi üzrə Universitet dərəcəsi və ya ticari təhsil üzrə dərəcə
- Müvafiq vəzifədə minimum 1 il təcrübə
- Güclü analitik və problem həll etmə bacarıqları
- Qabaqcıl planlaşdırma sistemindən istifadə sahəsində təcrübə müsbət hal hesab edilir
- MS Office üzrə güclü biliklər, MS Excel üzrə geniş bacarıqlar( Pivot tables/Charts/Sum/Count/IF/Vlookup)
- Çox yaxşı ünsiyyət bacarıqları və beynəlxalq, dinamik mühitdə müxtəlif iş yükünə çevik reaksiya vermək qabiliyyəti
- Müsbət təfəkkür, yenilikçi düşüncə və qətiyyətlilik
- Çox məsuliyyətli müstəqil iş davranışı və davamlı inkişaf təfəkkürü
- Azərbaycan / ingilis / rus dillərində səlis danışıq qabiliyyəti
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Tələb planlama üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...