Qısa məzmun
Green City Resort & Residence Restoran meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifələri:
- Restoran ərazisində müəyyən olunmuş fəaliyyət strategiyalarının və standartlarının yerinə yetirilməsinin təmin edilməsi;
- Qonaqların məmnuniyyətinin təmin edilməsi və yarana biləcək şikayətləri və narahatlıqlarının pozitiv şəkildə həll edilməsi;
- Qiymətlərin, tədarük mənbələrinin, qida üzrə satış tendensiyalarının, inventarların nəzərdən keçirilməsi, toplantılarda iştirak etmək;
- Restoranın həyata keçirdiyi əməliyyatların həm rəqabətə davamlı, həm də ən müasir tələblərə cavab verməsini təmin etmək üçün davamlı olaraq yerli, milli və beynəlxalq bazarların tendensiyalarını araşdırmaq və rəhbərliyə təkliflər irəli sürmək;
- Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərinin və şərtlərinin istehlak auditinin nəticələrinə cavab verdiyinə əmin olmaq və müvafiq dəyişikliklərin həyata keçirilməsini təmin etmək;
- Satış sayınının artırılması, müxtəlif hesabatların dəqiq və vaxtında hazırlanması, restoran fəaliyyətinin bütün sahələrinə nəzarət edilməsi və standartlara uyğunluğunun təmin edilməsi;
- Restoran xidməti üzrə işçi heyətinin seçimi, qurulması, təlimləndirilməsi, motivasiyası, idarə edilməsi, gündəlik və aylıq iş planlarının tərtib edilməsi;
- Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlərin görülməsi, daima yeniliklər edərək rəhbərliyə təkliflərin verilməsi;
- Büdcə planlaşdırılması və təqibi;
- Rəqabət təhlilinin aparılması:
Tələblər:
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dili mükəmməl səviyyədə bilməli (Rus və İngilis dili arzuolunandır);
- Microsoft Office proqramlarından istifadə qabiliyyəti:
Gözlənilən davranışlar:
- Kreativ düşüncə qabiliyyətli;
- Nəticəyönümlü;
- Komandada işləmə və düzgün idarəetmə;
- Nizam-intizamlı;
- Təlim-inkişaf yönümlü;
- Yüksək dinləmə mədəniyyəti və danışıq qabiliyyəti;
- İdaretmə və liderlik bacarıqları:
İş haqqında məlumat:
- İş saatları: həftənin 6 günü
- Nahar müssisə tərəfindən verilir
- Servis xidməti mövcuddur
- Ünvan: Şıxov, Salyan şosesi 14 cü km
- Əmək haqqı:1500-1800 AZN + satışdan faiz
Tələblərə uyğun olan namizadlərdən CV lərini mövzu bölməsində “Restoran meneceri” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Əlaqə tel:(+994)77-277-74-20
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...