Qısa məzmun
Azerbaijan SuperMarket Tibbi yardım işçisi vəzifəsi üzrə vakansiya elan edir.
Yerləşmə: Bravo Paylama Anbarı (Lökbatan)
Məruzə edir: Təchizat zənciri üzrə direktor
Öhdəliklər:
- Müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq zərər çəkmiş şəxsə ilkin tibbi yardım göstərmək;
- Qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək;
- Sanitar-maarifləndirmə işini aparmaq;
- Daxili nizam-intizam qaydalarına riayət etmək;
- Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar seviyyədə və vaxtında icra etmək;
- Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, sanitariya-epidemioloji rejimə riayət etmək.
Məsuliyyət:
- Ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli şəkildə həyata keçirmək;
- Öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş qaydada təqdim etmək;
- Sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirmək.
Namizədə dair tələblər:
- Təcili və təxirəsalınmaz tibbi yardım sahəsində 3 il təcrübəyə malik olmaq;
- Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını bilmək;
- Təcili və təxirəsalınmaz hallarda xəsarət alan işçilərə müalicə-profilaktika və dərman yardımının təşkilinin əsaslarını bilmək;
- Tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını bilmək;
- Həkimlərin etik davranış qaydalarını bilmək;
- Təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını bilmək.
Maraqlanan namizədlər email ünvanına “Tibbi yardım işçisi” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...