Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Daşkəsən Dəmir Filiz MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Cəmiyyət daxili normativ sənədlərin hazırlanmasında iştirak etmək;
  • Cəmiyyətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatını həyata keçirmək, normativ sənəd bazasını hazırlamaq, zəruri dəyişiklikləri etmək;
  • Müqavilələrə hüquqi rəy vermək, müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlamaq;
  • Dövlət satınalmaları, əmək, mülki və digər qanunvericiliyin tələblərinə uyğun müəssisədə hüquqi proseslərin tənzimlənməsini həyata keçirmək;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.

Namizədə tələblər:

  • Ali hüquq təhsilli;
  • Korporativ hüquqşünas sahəsi üzrə minimum 2 (iki) il iş təcrübəsinə malik olmaq;
  • Mülki, Vergi, Gömrük, İnzibati xətalar Məcəllələrini, Əmək, qanunvericiliyi barədə biliklərə malik olmaq;
  • Peşəkar ünsiyyət psixologiyasını bilmək;
  • Korporativ idarəetmə sisteminin əsaslarını və Korporativ mədəniyyətin əsaslarını bilmək;
  • Sahəsinə aid olan sənədləri tərtib edə bilmək;
  • Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək (rus dili arzuolunandır).

Bacarıqlar:

  • Analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • İşgüzar və hüquqi yazışma bacarığı;
  • İşin planlaşdırılması bacarığı;
  • Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
  • Yaradıcı və təşəbbüskar olmaq;
  • MS Office proqramlarında sərbəst işləyə bilmək.

Digər məlumatlar:

  • İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H
  • Ezamiyyə imkanları (zəruri hallarda)
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
  • İş vaxtı: 09:00 – 18:00

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...