Ofis meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. StudyLab Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edir, işçilər arasında saxlanılmasını, bölüşdürülməsini və sadalanan dəyərlərdən səmərəli istifadəsini təmin edir;
  • Müəssisəyə məxsus bütün növ sənədlərinin yeri və əhəmiyyətinə, onların təsnifatına və şərtlərinin tələblərinə, eyni zamanda müəssisədə tətbiq olunun prosedur qaydalara uyğun şəkildə sənədlərlə işin aparılmasının, istifadə olunmasının və saxlanmasının təşkili və nəzarəti;
  • Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək və onun təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili va beynəlxalq yazışmaların aparılması;
  • Qonaqların qarşılanması və aidiyyatı şəxslərlə görüşünü təşkil edilməsi;
  • Gündəlik və iclasların təsərrüfat xidmətinin təşkil edilməsi; Korporativ tədbirlərin təşkili;
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqların vaxtı vaxtında yerinə yetirilməsi
  • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar cavablandırılması;
  • Sosial şəbəkə üzərindən daxil olan müraciətlərin cavablandirilmasi və müştərilərə şirkət və satis qiymətlər haqqında ilkin məlumatın verilməsi və yönləndirilməsi;
  • Potensial müştərilərin cəlb edilməsi üçün telefon zənglərinin edilməsi;
  • Müştərilərin təhsil məhsulları barədə istəklərinə uyğun olaraq düzgün seçim etməkdə köməklik göstərilməsi;
  • Təhsil məhsullunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi;
  • Rəhbərlik tərəfindən daxil olan tapşırıqların icrası; Iş qrafikinə uyğun iş planının hazırlanması, gündəliyinin tutulması (görüşlər, zənglər, qəbullar, iclaslar v.s.);
  • Kompleksdə ümumi sahələrin təmizliyinə nəzarət, xadimələrin idarə edilməsi, onların təminatı ilə məşğul olmaq;
  • Kompleks ərazisini gündəlik olaraq yoxlamaq və Komendantla bu istiqamətdə sıx işləmək;
  • Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək;
  • Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;

Namizədə tələblər:

  • MS Office (Word, Excel) proqramları üzrə biliklər
  • Ali təhsil müəssisəsinin məzunu olmaq;
  • Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi.
  • Kargüzarlıq qaydalarını bilməlidir
  • Azərbaycan dilində səlist danışan/yazan (rus və ingilis dili bilikləri olanlara üstünlük verilir);
  • Ciddi, səbirli, xoş görünüşlü və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı; Yüksək təşkilatçılıq bacarığı.

Şərtlər:

  • Ödəniş: əmək haqqı+ işin nəticələrinə görə bonuslar (fərdi olaraq müzakirə olunur)
  • Bazar ertəsi – Cümə 09:00 -18:00  / Şənbə 09:30  – 16:00
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
  • “StudyLab” Mərkəz Ofis / Ünvan:  Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası: elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – Ofis meneceri yazıb CV göndərməklə müraciət edilir.

Son müraciət tarixi: 10 Noyabr, 2022

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı