Qısa məzmun
Lea MMC şirkəti Şirniyyatçı vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Şirniyyatları və xəmirdən olan digər məmulatları texkartlara uyğun olaraq hazırlamaq
- İstehsalat ilə mövcud və gələcək tapşırıqların icra gedişatına nəzarət etmək və dəstək olmaq
- İş yerinin təhlükəsizlik, sağlamlıq və qida gigiyena standartlarına riayət edilməsinə dəstək olmaq
- İş yerinin və iş avadanlığının təmizliyini təmin etmək
Namizədə tələblər:
- Xanım və ya bəy namizədlər
- Müxtəlif şirniyyat növləri haqqında bilik sahibi olmaq
- Müxtəlif şirniyyat növlərini hazırlamağı bacarmaq
- Səliqəli və təmizkar olmaq
- Komandada işləməyi bacarmaq
- Öyrənmə və özünü inkişaf etdirməyə açıq və istəkli olmaq
Təminatlar:
- Əmək haqqı + müxtəlif bonuslar
- Şirkət tərəfindən naharla təmin olunma
- Həftədə bir gün istirahət günü
- Gənc və dinamik kollektivdə işləmək fürsəti
- Təlim, treninq və master-klaslarda iştirak etmə fürsəti
- Karyera inkişafı fürsəti
- Maraqlanan namizədlərin öz CV-lərini hr@lea.az ünvanına göndərmələri xahiş olunur. Mövzu yerində “şirniyyatçı” yazılması vacibdir. CV göndərməyənlərin namizədlikləri nəzərə alınmayacaq.