Qısa məzmun
DHL Express Baku Müştəri xidmətləri üzrə operator vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifənin əsas məqsədləri:
- Şirkətin daxili prosedurlarına və standartlarına uyğun olaraq, müştərilərə şirkətin məhsul və xidmətləri haqqında yüksək və keyfiyyətli məlumat vermək, kuryerlər üçün sifarişlər qəbul etmək, müştərilərə şirkətin əlavə xidmətlərini tanıtmaq və təklif etmək. Yeni müştərilərin cəlb edilməsi və yüksək səviyyəli xidmətin təmin edilməsi.
Öhdəliklər:
- Şirkətin məhsul və xidmətləri ilə bağlı müştərilərin sorğularını cavablandırmaq və öz vəzifəsini məsuliyyətlə yerinə yetirmək.
- Şirkətin siyasəti, prosedurları və qaydalarına əməl etmək.
- Çağrı mərkəzinə daxil olan zənglərin qəbulu.
- Müştərilərlə telefon danışığı aparmaq təlimatına əsasən daxili qaydaya riayət etmək.
- Müştərilərə şirkətin məhsul və xidmətləri haqqında yüksək və keyfiyyətli məlumat vermək.
- Kuryerlər üçün DHL Express şirkətinin elektron sistemi vasitəsi ilə sifarişləri qəbul etmək.
- Yeni müştərilərin cəlb edilməsi və yüksək səviyyəli xidmətin təmin edilməsi.
- Müştərilərə yüklərin izlənməsi ilə bağlı ilkin məlumat bildirmək.
- Müştərilərə tariflər və tranzit müddət haqqında düzgün məlumat vermək.
- Problemli vəziyyətləri rəhbərliyə çatdırmadan həll etməyə çalışmaq. Yazılı şikayətlər olduqda, dərhal rəhbərliyə məlumat vermək;
- Müştəri xidmətləri şöbəsində iş qaydalarına uyğun olaraq iş cədvəlinə ciddi riayət etmək.
- Xidməti vəzifələrinin icrası ilə bağlı şöbə müdiriyyətinin şifahi, yazılı təlimatlarına əməl etmək və hesabatlar təqdim etmək.
- İstehsalat intizamına, daxili əmək qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə tələblərinə ciddi riayət etmək.
İxtisas və iş təcrübəsi üçün tələblər:
- Ali təhsil;
- Intermediate səviyyəsindən aşağı olmayan İngilis və Rus dillərinin biliyi;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Qrammatik cəhətdən düzgün nitq;
- Maliyyə hesablamalarını aparmaq bacarığı;
- Detallara diqqət;
- Müştəri xidmətləri sahəsində təcrübəyə üstünlük verilir;
- Telefonla satış təcrübəsi üstünlükdür.
İş saatları:
- Həftənin 5 günü, iş vaxtı 09:00-dan 18:00-dək; şənbə günü, saat 09:00-dan 15:00-dək, Nahar 13:00-dan 14:00-dək
Qeyd: Əmək haqqı müsahibə zamanı bildiriləcək
Oxşar vakansiya siyahısı:
600₼
Kadrlar üzrə mütəxəssisAZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sənədləşmə üzrə kiçik mütəxəssis
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Resepşn
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
400₼
Operator (Soyuq satis)Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Çağrı mərkəzi üzrə operator
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...