Qısa məzmun
Bioloji Təbabət Klinikası Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Həkim təyinatının yerinə yetirilməsini təmin etmək
- Pasiyentin və tibb heyətinin infeksiya təhlükəsizliyini təmin etmək, şöbədə olan bütün heyətin aseptika və antiseptika qaydalarına riayət etməsini təmin etmək;
- İnyeksiya vurulmaq
- Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək
- Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara və həkimin ambulator qəbuluna hazırlanmasını təmin etmək
- İşə məsuliyyətli yanaşmaq
- Cəld,səligəli,pozitiv, gülərüz və nəzakətli olmaq
- Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət etmək.
Tələblər:
- Tibbi sahədə təhsil (Dövlət tərəfdən təstiq olunmuş)
- Səhiyyə Nazirliyinin sertifikasiyası
- Güclü ünsiyyət qurma bacarığı,stresə davamlılıq
- Komanda daxilində işləmək bacarığı
Şərtlər:
- İş qrafiki 6 günlük, Bazar ertəsi-Cümə saat 09:00 -dan 17:00-dək, Şənbə saat 10:00 – 13:00
- İstirahət: Bazar günü;
- Əmək haqqı: 450 AZN
Göstərilən tələblərə uyğun namizədlərdən mövzü hissəsində “Tibb Bacısı” qeyd edərək CV formasını göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...