Qısa məzmun
MilliKart LLC Layihələrin idarə olunması üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş funksiyaları:
- Layihələrin ölçü, əhatə dairəsi, büdcə və təsir baxımından idarə edilməsi;
- Layihələrin həcmini, nəticələrini və cədvəllərini müəyyən etməkdə layihə qruplarına rəhbərlik edilməsi;
- Layihələrin gedişatının idarə olunması və icrası ilə bağlı inzibati idarəetmənin yaradılması;
- Bir-birinə bağlı olan layihələr arasında fəaliyyətin optimallaşdırılması, risklərin və məsələlərin müəyyənləşdirilməsi, təsirlərin azaldılması üçün həllər hazırlanması;
- Tətbiqlərin texniki dizaynları və məlumat modellərinin yaradılması;
- Layihələrin gedişatı və inkişaf prosesinin daimi izlənilməsi və tamamlanmasını təmin etmək üçün işçi qrupları ilə yaxından əməkdaşlıq göstərilməsi;
- Müştəri tələblərinə cavab vermək və biznes hədəflərinə çatmaq məqsədi ilə müəssisə vizyonunun müəyyənləşdirililməsi və yönləndirilməsi;
- Layihə prosesləri zamanı yaranmış problemlərin və risklərin müəyyənləşdirilməsi və həllinə yönəlik planlarının hazırlanması;
- Layihə büdcələrinin tərtib edilməsi və aylıq fərq hesabatlarının hazırlanması;
- Cari və gələcək biznes məqsədlərin və İT ilə bağlı məsələlərin müəyyənləşdirilməsi;
Biliklər:
- MS Office (Word, Excel, PowerPoint, Outlook, MS Project) proqramları üzrə yüksək səviyyədə biliklər;
- Azərbaycan dili səlis, rus və ingilis dillərində yüksək səviyyədə bilmək;.
Bacarıqlar:
- Analitik düşünmə bacarıqları – tələb olunan həlləri aşkar etmək və müəyyən etmək bacarığı.
- Yüksək səviyyədə ünsiyyət bacarıqları;
- Təqdimat bacarığı;
- Komanda ilə birgə işləmə bacarığı.
Xüsusi Tələblər:
- Ali təhsil (bakalavr dərəcəsi)
- Minimum 2 layihənin uğurla tamamlaması;
- Verilən tapşırıqların tələb olunan tarixə uyğun təhvil verilməsi;
- İT sahəsində layihələrin idarə olunması üzrə minimum 2 il iş təcrübəsi.
İş şəraiti:
- İş yeri: Alı Mustafayev 5 A. (Memar Əcəmi m/s yanı)
- İş saatı: həftə içi 5 gün 09:00-18:00; Şənbə və bazar günləri qeyri-iş günüdür.
- Əmək haqqı: İşçinin bilik və təcrübəsinə əsasən müəyyənləşdiriləcəkdir.
Uyğun namizədlər öz CV-lərini “Layihələrin idarə olunması üzrə Aparıcı Mütəxəssis” adı ilə göndərməklə müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...