Qısa məzmun
BERC Group Rəqəmsal Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşünmə və araşdırma qabiliyyətinin olmalıdır.
İş barədə məlumat:
- Facebook Ads, Instagram Ads, Linkedin Ads, Google Search Ads, Google Display Ads və digər platformalardan reklamların idarə olunması;
- Sayta keyfiyyətli trafik çəkəcək böyük açar söz siyahıları hazırlanması, mənfi açar sözlərin tapılması və kampaniyaların açar sözlərə görə optimizasiyanın aparılması;
- Bizneslərin rəqəmsal marketinq strategiyalarının hazırlanması;
- Sosial media marketinq və kontent marketinq layihələrinin həyata keçirilməsi və idarə olunması;
- SEO / SEM, proqramı ilə işlənməsi;
- Google Analytics, Google Adwords, Google Tag Manager, Facebook Pixeldə işləmə;
- Bütün rəqəmsal marketinq kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlamaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI və KPI) ;
- Korporativ və məhsul saytlarının mütəmadi olaraq yenilənməsi, CMS və digər alətlərdən istifadə edərək sayta ümumi nəzarətin təşkili;
- Hədəf auditoriyaların müəyyənləşdirilməsi, mövcud və yeni yaradılacaq kampaniyalara görə effektiv hədəfləmələrin aparılması və optimizasiyası;
- Dünya və yerli gündəmdə baş verən yeniklərin, trendlərin izlənməsi və onların işdə tətbiqi;
Vəzifəyə dair tələblər və bacarıqlar:
- Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi;
- Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
- Marketinq, rəqəmsal marketinq sahəsində müvafiq biliklərin olması;
- Rəqəmsal marketinq sahəsində yenilikləri araşdırıb, təhlil və tətbiq etmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Ana dilini mükəmməl səviyyədə (ingilis dili,türk dili bilgisi üstünlükdür ) bilmək;
- Məsuliyyətli, punktual, həvəsli, operativ olması;
- Analitik düşünmə və araşdırma qabiliyyətinin olması;
BERC Group MMC sizə nə vəd edir?
- Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan iş rejimi;
- Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
- Rəqabət qabiliyyətli əmək haqqı;
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV – lərini 15.11.2022-ci il tarixinədək elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “Rəqəmsal marketinq şöbəsinin rəhbəri (komanda rəhbəri)” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45 və +994 50 555 14 85
Oxşar vakansiya siyahısı:
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...