Mübahisəli məsələlərin hüquqi tənzimlənməsi bölməsi üzrə Aparıcı hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sumgait Technologies Park LLC Mübahisəli məsələlərin hüquqi tənzimlənməsi bölməsi üzrə Aparıcı hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Bizim üçün uyğun namizəd:

  • Ali hüquq təhsili olmalı;
  • Məhkəmələr və ya hüquq-mühafizə orqanları ilə iş sahəsi üzrə minimum 2 (iki) il iş təcrübəsinə malik olmalı;
  • Öz sahəsi üzrə normativ-hüquqi aktları və onların tətbiqi qaydalarını bilməli;
  • Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Hansı işləri görəcəksiniz:

  • Şirkətin tərəf olduğu məhkəmə proseslərində nümayəndə qismində iştirak edilməsi, müvafiq sənədlərin (iddia ərizələri, etibarnamələr, vəsatətlər, etirazlar, yazılı izahatlar, apelyasiya şikayətləri, məhkəmə çıxışları və s.) hazırlanması;
  • Şirkətin tərəf olduğu məhkəmə proseslərinin qeydiyyatının aparılması və nəzarət edilməsi;
  • İcraatda olan debitor borclar, məhkəmə işləri ilə bağlı hesabatlıq sisteminin təşkil edilməsi;
  • Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş işlərin qeydiyyatının aparılması, qərarlarının icrasının təmin edilməsi üçün zəruri addımların atılması, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması;
  • Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borclular və ya kollektorlar ilə müvafiq danışıqların aparılması;
  • Şirkətin səlahiyyətli nümayəndəsi qismində hüquq-mühafizə orqanlarında, dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında şirkətin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
  • Debitor borclar, icraatda olan məhkəmə və icra işləri, hüquq-mühafizə orqanlarının sorğuları ilə əlaqədar hüquqi məsləhətlər, rəylər və arayışların verilməsi;
  • Struktur bölmə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən nahar və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı Hüquqşünas” yazaraq 19.11.2022– ci il tarixinədək göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...