İR Biznes Tərəfdaş
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu İR Biznes Tərəfdaş vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olmalıdır.

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: İR Biznes Tərəfdaş

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
Təhsil: Ali
Yaş həddi: 22-30
İşin təsviri: Öhdəliyində olan struktur bölmələrə insan resursları ilə bağlı bütün məsələlərinin həll edilməsində dəstək olur.

Vəzifə öhdəlikləri:

  • Ona həvalə edilmiş strukturların ştat cədvəlinin şirkətdaxili qaydalara uyğun idarə edilməsini həyata keçirmək
  • Təhlil əsasında açılması və ya ixtisarı təklif edilən ştatlar barədə qərarları müvafiq struktur bölmə rəhbərlərinə təsdiqlətmək
  • İşçi tələbləri ilə bağlı axtarış kanallarını müəyyənləşdirilmək, ehtiyac olduğu təqdirdə elanları hazırlamaq və dərc olunmasını təmin etmək
  • Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək
  • Şirkətdə müəyyən müddət çalışıb ayrılmış və təkrar işə qəbul olmaq üçün müraciət etmiş namizədlərin öncəki iş fəaliyyətlərini araşdırmaq, ehtiyac olduqda əvvəlki rəhbərlərdən rəylər almaq
  • İşə qəbul edilmiş işçilərin sınaq müddətini təqib etmək, nəzərdə tutulan müddətin sonunda birbaşa rəhbərindən müvafiq qeydlər aparılmış sınaq müddəti qiymətləndirmə formasını tələb etmək
  • Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və rəhbərinə təqdim etmək

Tələblər:

  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Nitq və yazışma qabiliyyəti;
  • Qida Sahəsində təcrübə;
  • AR-nın Əmək Məcəlləsi qanunlarını bilmək,
  • Azərbaycan, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
  • MS Office proqramından sərbəst istifadə etmək bacarığı;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti;
  • 5 günlük iş qrafiki;
  • Əmək müqaviləsi.

Müraciət qaydaları: Əli.Qurbanzade@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “İR Biznes Tərəfdaş” yazmaqla müraciət edilir.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı