Qısa məzmun
STP Polymer Laborant vəzifəsi üzrə vakansiya elan edir.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (Kimya, Kimya mühəndisliyi ixtisası üzrə);
- Müvafiq sahədə 1-3 il iş təcrübəsinə sahib;
- Microsoft Office proqramlarını bilməli;
- Azərbaycan dilini mükəmməl bilməli, ingilis və rus dillərindən hər ikisini yaxud birini bilməsi üstünlükdür;
- İSO 17025 standartının tələblərindən məlumatlı olmaq.Bu sahədə sertifikatın olması üstünlükdür;
Hansı işləri görəcəksiniz:
- Laboratoriyadakı fəaliyyətini İSO 17025 standartının tələblərinə uyğun qaydada həyata keçirmək;
- Laboratoriyaya nümunələrin qəbulu,aparılan test və analizlərə aid nümunələri sınaqdan öncə kondisiyalaşdırmaq və analizlər üçün hazırlamaq;
- Laboratoriya testlərini müəyyən edilmiş standart (ISO,ГОСТ,texniki şərt) və proseduralara əsasən vaxtında,dəqiq,keyfiyyətlə həyata keçirmək;
- Kimyəvi maddə və reaktivlərdən sınaq zamanı tələbə uyğun qaydada və miqdarda sərfiyyatını həyata keçirmək,yararlılığını nəzarətdə saxlamaq;
- Sınaq nəticələrinin normativlərə uyğunluğuna nəzarət etmək;
- Sınaq hesabatlarının hazırlanması, reportların tərtibatını müəssisənin xammal və məhsul üçün müvafiq standartlarının tələbləri əsasında həyata keçirmək;
- Sınaq nəticələri üzrə hesabatları hazırlayaraq struktur rəhbərinə təqdim etmək.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Rəqabətə davamlı əmək haqqı;
- Davamlı karyera imkanı.
Əlavə məlumatlar:
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- Tibbi sığorta mövcuddur;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Laborant” yazaraq, 07 noyabr 2022-ci il tarixinədək göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...