Qısa məzmun
Ə/h 400 AZN . Cinema Plus Təmizlik işçisi üzrə vakansiya elan edir. COVİD Pasportunun olması vacibdir.ir.
Şöbə : Dəniz Mall
Vəzifə öhdəlikləri:
- Günün əvvəlində, sonunda və seanslar arasında kino zallarında və xidməti otaqlarda zibilləri yığışdırır. Bu zaman toplanan istifadə olunmuş popkorn qutuları mütləq qaydada yerində cırılmalı daha sonra zibil torbasına yığılmalıdır;
- Kino zalları və sanitar qovşaqlar və xidməti otaqlarda tozları silir, döşəmədə, pilləkənlərdə, pəncərələrdə, divarlarda, plintuslarda quru və nəm təmizləmə işləri görür. Bu zaman xüsusi vasitələrdən istifadə edə bilər;
- Döşəmələrin, divarların və tavanların təmizlənməsi üçün müxtəlif yuyucu və dezinfeksiyaedici qarışıqlar hazırlayır və onlardan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edir, maska və əlcəkdən istifadə edir;
- Toplanmış tullantıları və zibilləri kinoteatrdan müəyyən edilmiş yerlərə daşıyır;
- İş üçün lazım olan yuyucu vasitələr, inventar və digər materiallardan qənaətlə, ehtiyyatla və səliqə ilə istifadə edir;
- Zibil qablarını müəyyən olunmuş yerlərə düzür, onları vaxtında təmizləyir və dezinfeksiya edir;
- Təmizlik işləri gördükləri yerlərdə sanitariya və gigiyena qaydalarına riayət edir;
- İstirahət günləri və axşam saatlarında inzibatçının göstərişlərinə uyğun hərəkət edir;
- Dərin təmizlik işlərində iştirak edir
Vəzifəyə olan tələblər:
- fiziki sağlam
- çevik
- diqqətcil
- təmizkar
- bu sahədə iş təcrübəsi olanlara üstünlük verilir.
- Kişi
İş qrafiki:
- 6 Günlük, İş vaxtı: 8 saat, nahar: 1 saat
- 07:00-dan 16:00-dək 12:00-dan 21:00-dək
- 14:00-dan 23:00-dək 16:00-dan 00:00-dək
- Əməkdaş bütün növbələrdə işləməyə hazır olmalıdır
- Digər şərtlərCOVİD Pasportunun olması vacibdir,
- HR menecer: Ceyhun Məmmədov E-mail: karyera@cpoffice.az
- QEYD: Xahiş olunur mailin mövzu hissəsində “Təmizlik işçisi” qeyd edəsiniz.