Qısa məzmun
AS Nagliyyat Biznesin inkişafı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Şirkətin fəaliyyət göstərdiyi makro və mikro mühitin daimi təhlil edilib, hesabatların hazırlanması;
- Biznes tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və monitorinqi;
- Biznes proseslərinin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
- Analiz zamanı hesabat hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərin monitorinqinin keçirilməsi;
- Əldə edilmiş nəticələrin müvafiq forma üzrə vizuallaşdırılması, gələcək dövr üçün proqnozların verilməsi;
- Müştəriləri və biznes mühitini təhlil etməklə məhsullar üzrə təkliflərin araşdırılması;
- Yeni biznes imkanlarının dəyərləndirilməsi və qərar prosesində rəhbərliyə dəstək vermək;
- Biznes proseslər üzrə texniki sənədlərin ( texniki tapşırıq, use-case, istifadəçi təlimatları) hazırlanması;
- Layihələrin texniki rəhbərləri ilə texniki tapşırıqların müzakirəsi və komanda ilə görüləcək işlərin və layihə planın hazırlanmasında iştirak;
- Biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi və təhlili;
- Gündəlik biznes prosesləri anlamaq üçün biznes vahidləri ilə işləmək;
- Mənfəət və zərər proqnozu, bazar araşdırması kimi öhdəliklərin yerinə yetirilməsi;
- Mümkün olan bütün vasitələrdən istifadə edərək işgüzar ünsiyyətin qurulması.
Namizəddən tələblər:
- Ali təhsil ( iqtisadiyyat və ya biznesin idarəedilməsi üzrə);
- Biznesin inkişafı və ya marketing üzrə 1 il iş təcrübəsi;
- MC Office proqramlarından istifadə bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (rus və ingilis dillərini bilməsi arzuolunandır);
- Müşahidə və analiz qabiliyyətinin olması;
- Problemləri həll etmə bacarığı;
- Strateji düşünmə və analitik təhlil bacarığı;
- Stresə davamlılıq;
- İnformasiyanın təhlili və analiz etmək bacarığı;
- Müxtəlif iş tapşırıqlarının eyni vaxtra icra edilməsi qabiliyyəti;
- Yüksək ünsiyyət, təqdimetmə və komandada işləmək bacarığı.
Digər məlumatlar:
- Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun olaraq müəyyən ediləcəkdir.
- İş qrafiki: 6 günlük.
- Nahar şirkət tərəfindən qarşılanır.
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Biznesin inkişafı üzrə mütəxəssis”, qeyd etməklə CV formalarını mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...