Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home Şikayətlər üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan və rus dillərini səlis bilməlidir.
Vəzifələr:
- Müştərilərin iradlarını qeydə alaraq həll etməli
- Qeydə alınan iradların hesabatını aparmalı
- Digər şöbənin əməkdaşları ilə daim ünsiyyətdə olmalı
- Digər şöbələrdən daxil olan iradların araşdırmasını və qeydlərini aparmalı
- Müştərilərin məmnuniyyətini yoxlamalı
Zəruri tələblər:
- Ali təhsilli
- Azərbaycan və rus dillərini səlis bilməli
- 1C proqramını bilmək vacibdir
- Müştərilərlə ünsiyyət qurmağı bacarmalı
- Kollektivdə komanda ilə işləmə bacarığı
- Məsuliyyətli və inkişafa meyilli olmalı
- Stresə davamlı olmalı
İş şəraiti:
- Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
- İş qrafiki: 09:30-dan 18:30-dək, hər 3 gündən bir istirahət günüdür
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Şikayətlər üzrə inzibatçı” qeyd edərək ir@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Kuryer
SUPERFON Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
MotoKuryer
SUPERFON MotoKuryer vəzifəsi üzrə vakansiya elan edir. ...