Qısa məzmun
TAİS İKF KSƏTƏM meneceri vəzifəsi üzrə vakansiya elan edir.
KSƏTƏM meneceri vəzifələri (lakin, təkcə bunlarla məhdudlaşmır):
- Şirkətin gündəlik fəaliyyəti zamanı Dövlət Əmək Təhlükəsizliyi Tələblərinə, Sanitar Qayda və Normalara, Ekologiyanın və Ətraf Mühitin Mühafizəsi Tələblərinə riayət olunmasını təmin etmək.
- Keyfiyyət, Sağlamlıq, Əmək Təhlükəsizliyi, Ətraf Mühit (KSƏTƏM) üzrə Şirkətin bütün siyasətləri ilə dərindən tanış olmaq, dəstəkləmək və inkişaf etdirmək.
- İş prosedurlarının, norma və tələblərinin beynəlxalq ISO 9001:2015, ISO 22000:2018 və digər müvafiq standartlara uyğun hazırlanmasını, tətbiq və riayət edilməsini təmin etmək.
- Şirkətin bütün KSƏTƏM prosedurları ilə tanış olmaq, dəstəkləmək, müasir tələblərə uyğun yeniləmək, icraçılara çatdırmaq və yerlərdə riayət olunması üçün nəzarət sistemi qurmaq.
- Bütün istehsalat sahələrində KSƏTƏM-ə aid monitorinq, yazılı qeydetmə, sənədləşmə sistemini qurmaq və işləməsini təşkil etmək.
- Mütəmadi qaydada iş sahələrini gəzmək, müşahidələr aparmaq, təhlil etmək, nətəcələr çıxarmaq və işin təkmilləşdirilməsi üçün KSƏTƏM-ə aid yazılı təklif və məsləhətlər vermək.
- İstehsalatda və fərdi iş yerlərində passiv və aktiv təhlükələri nəzərə almaq, riskləri qiymətləndirmək, real işlək prosedurlar hazırlamaq.
- İstehsalatda təhlükəsiz və gigiyenik şəraitin yaradılması və qorunmasını, fərdi mühafizə vasitələrinin düzgün və dolğun istifadəsini təmin etmək.
- Ofis və istehsal sahələrində fövqəladə hallarda insanların təhlükəsizliyinin təmin edilməsi üçün şərait yaratmaq.
- KİV vasitəsilə müvafiq dövlət qurumlarında yerləşdirilən məlumatlardan, yerli qanunvericilikdən, elmi-texniki nailiyyətlərdən xəbərdar olmaq və Şirkətin fəaliyyətində yararlanmaq.
Vəzifə tələbləri:
- İşə fiziki yararlı və praktiki sağlam olmalıdır. Qida emalı sahələrinə giriş məhdudiyyəti olmamalıdır.
- Ali tibbi, iqtisadi və ya texniki təhsili olmalıdır. HACCP, Qida təhlükəsizliyi sahəsində bilikləri olanlara üstünlük verilir.
- Azərbaycan dilini əla, ingilis dilini yaxşı bilməlidir.
- Kompyüter bacarığına malik olmalıdır.
- Məntiqi düşünmək, aydın danışmaq və kollektivlə münasibət qurmaq bacarığı olmalıdır.
- Ən azı 5 il KSƏTƏM-ə aid vəzəfələrdə iş təcrübəsi olmalıdır.
- İstənilən iş növbəsində işləməyə və Şirkətin respublika ərazisindən yerləşən obyektlərinə səfər etməyə hazır olmalıdır.
Oxşar vakansiya siyahısı:
Baş mexanik
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki şöbənin Rəhbəri
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Memarlıq üzrə təcrübəçi
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
1500₼
Laçın ərazisi üzrə koordinatorAznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...