Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azericard Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil (hüquq sahəsi üzrə);
- Dillər: Azərbaycan dili, rus dili, ingilis dili (orta səviyyədə);
- Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı;
- Yüksək icraçılıq bacarığı;
- Korporativ hüquq və bank sahəsi üzrə təcrübə arzuolunandır.
Vəzifə:
- Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi, öhdəliklərin müəyyən və analiz edilməsi, nəzarət mexanizminin həyata keçirilməsi;
- Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;
- Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
- İclaslar üzrə Protokolların hazırlanması;
- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
- Daxil olan sorğuların cavablandırılması;
- Məhkəmədə və digər dövlət orqanlarında Şirkətin maraqlarının qorunması və təmsili;
- Şirkətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların daima izlənməsi və dəyişikliklər barədə məlumatlandırma;
- Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifələri icra etmək.
Namizədlərdən CV-i “Hüquqşünas” mövzusu ilə göndərmək xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.