Qısa məzmun
Performance Center Co MMC (Chevrolet Azərbaycan) Təcrübə Proqramı vəzifəsi üzrə vakansiya elan edir.
Avtomobilin istismarı sahəsinə maraq göstərən və gələcək iş karyerasını avtomobillərə texniki xidmətin təşkilinin müxtəlif istiqamətlərində görən universitet məzunları üçün “Performance Center” şirkəti 3 aylıq Təcrübə Proqramı elan edir.
Müsahibə yolu ilə Təcrübə Proqramına seçilmiş şəxslər Proqramın başlandığı ilk gündən əmək haqqı ödənilməklə əmək müqaviləsi bağlanılaraq təcrübəli mütəxəssislərin rəhbərliyi altında müvafiq nəzəri və praktiki biliklər qazanacaqlar. Təcrübə proqramını tam mənimsəyərək, daxili qiymətləndirməni müvəffəqiyyətlə keçmiş namizədlər sonda ən azı 3 il olmaqla müvafiq şöbələr üzrə işlə təmin ediləcəklər.
Tələblər:
- Texniki , menecment və iqtisadi yönümlü ali təhsil (daxilolma balını qeyd etmək mütləqdir);
- Dil bilikləri: Azərbaycan dili səlist, rus və ingilis dilləri yüksək səviyyədə;
- Kompüter və ofis texnikasından istifadə etmə bacarığı;
- Yaş: 21-24;
- Avtomobilin quruluşu və istismarı üzrə bilgiyə malik olanlara üstünlük veriləcək;
İş şəraiti:
- İş qrafiki: həftənin 5 günü saat saat 09:00-dan 18:00-dək
- Əmək haqqı: 300 manat
- İş təcrübəsi tələb olunmur.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Təcrübə proqramı” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur
Oxşar vakansiya siyahısı:
Mətanət A Fəhlə üzrə vakansiya elan edir. ...
Kontakt Home Usta köməkçisi (mebel) vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Təsərrüfat şöbəsində Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...