Sənədlər üzrə nəzarətçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Daşkəsən Dəmir Filiz MMC şirkəti Sənədlər üzrə nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Layihələr ilə əlaqədar hüquqi və rəsmi sənədlərin uyğun formada qəbulu, saxlanılması, yenilənməsi və paylaşılmasını təşkil etmək;
  • Layihə daxilində müəyyən edilmiş sənəd formatlarına və sənədlərin mübadiləsi standartlarına riayət olunmasına nəzarət etmək;
  • Şirkətdən çıxan sənədlərin göndərilməsini təşkil etmək və onların qeydiyyatını aparmaq;
  • Şirkətə daxil olan sənədlərin qəbulu, ilkin işlənməsi, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi və müvafiq məlumat bazalarında düzgün formatda saxlanılmasını təşkil etmək;
  • Sənədlərin nömrələnməsi və identifikasiyası – texniki sənədlər müvafiq kodlaşdırılma sistemi ilə uyğun nömrələmək;
  • Sənəd mübadiləsinin layihə daxili sənədlərə nəzarət proseduruna uyğun aparmaq;
  • Vaxtı keçmiş sənədlər haqqında komanda üzvlərini məlumatlandırmaq;
  • Tanışlıq/Təhvil-Təslim iclaslarını təşkil etmək və həmin iclaslarda iştirak edib qeydləri aparmaq;
  • Podratçı və icraçı şirkətlərlə sənədləşmə işlərinin koordinasiyasını, onların lazımi sənəd və sənəd nümunələri ilə təmin edilməsini təşkil etmək;
  • Texniki sənədlərə nəzarətə dair icraçı şirkətlərə təlimlərin keçirilməsini təşkil etmək;
  • Təsdiq olunmuş müqavilələrin uyğunluğunun yoxlanılması və qeydiyyata salınması;
  • Layihənin təhvil-təslim zamanı sənədləşdirmənin düzgün aparılmasını təşkil etmək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.

Namizədə tələblər:

  • Müvafiq ixtisas üzrə ali təhsil;
  • Sənədlərə nəzarət üzrə ən azı 3 il iş təcrübəsi; Mülki-sənaye tikinti sahəsində iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office
  • Yüksək səviyyədə işgüzar yazışma bacarığı;
  • Komandada işləmək və ünsiyyət bacarığı.

Digər məlumatlar:

  • İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
  • İş vaxtı: 09:00 – 18:00

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Sənədlər üzrə nəzarətçi” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı