SƏTƏM mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Hidro Insaat Servis LLC SƏTƏM mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Ən azı 2 il əlaqədar iş təcrübəsi olmalıdır.

“Hidro İnşaat Servis” MMC beynəlxalq və lokal sənaye layihələri üçün yüksək səviyyəli tikinti işlərini həyata keçirən şirkətdir. Şirkət yarandığı tarixdən bu müxtəlif layihələri uğurla başa vurmuşdur.

Şirkət SƏTƏM mühəndisi axtarır.

Namizədə dair tələblər:

  • Ali təhsil.
  • Ən azı 2 il əlaqədar iş təcrübəsi (Tikinti sahəsində təcrübə arzuolunandır).
  • Yazılı və şifahi ingilis dili yaxşı(Upper intermediate) səviyyədə olmalı.
  • Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı.
  • Qaydaların tətbiqi baxımından qətiyyətlilik, məsuliyyət, ünsiyyətçillik və insanlarla rahat münasibət qura bilmə bu vəzifənin uğurlu icrası üçün vacib keyfiyyətlərdir.

Əsas vəzifə öhdəlikləri:

  • Tikintidə əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi, o cümlədən tikinti sahəsində aşağıda sadalanan vəzifə və öhdəlikləri düzgün yerinə yetirmək.
  • İşçilər tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək, sənədləşmənin düzgünlüyünü təmin etmək.
  • Bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq.
  • Təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək.
  • Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq.
  • Yanğın və təxliyyə, əlverişsiz hava şəraiti zamanı təlimatlara əsasən əlaqədar SƏTƏM fəaliyyətinin təşkilini təmin etmək.
  • Gündəlik, həftəlik və aylıq SƏTƏM yoxlamalarına aid hesabatlar tərtib etmək.

Əlaqədar vəzifə üçün nəzərdə tutulan iş qrafiki həftəlik 6 gündür. İstirahət günü bazar günüdür. Nahar yeməyi şirkət tərəfindən qarşılanır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini recruiter@hidro-insaat.com elektron ünvanına, mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərə bilərlər.

Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə portala əlavə edilir.

Oxşar vakansiya siyahısı:

Baş mexanik

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Xırdalan

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.11.2024 - Hacıqabul

Texniki şöbənin Rəhbəri

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

CONCO Engeneering

07.11.2024 - Bakı

Memarlıq üzrə təcrübəçi

PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...

PASHA Property Management

31.10.2024 - Bakı

1500₼
Laçın ərazisi üzrə koordinator

Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

30.10.2024 - Bakı