Hüquqşünas (Korporativ sahə üzrə)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Global Management Hüquqşünas (Korporativ sahə üzrə) vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər :

  • Hüquq elmləri üzrə ali təhsil;
  • Mülki, əmək, vergi qanunvericiliyi üzrə biliklər;
  • Hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və Rus dili yüksək səviyyədə;
  • Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir

Davranış səriştələri:

  • Analitik düşüncə qabiliyyəti
  • Detallara diqqət
  • İnandırıcılıq
  • Qərar vermə
  • Yazı qabiliyyəti
  • Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti;
  • Vaxtın düzgün idarəedilməsi qabiliyyəti;
  • Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;

Vəzifə öhdəlikləri:

  • Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
  • Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
  • Struktur və bölmələrin iş fəaliyyətində orta çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
  • Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
  • Protokolların aparılması, hazırlanması;
  • Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
  • Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin etmək;
  • Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək;
  • Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
  • Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.

E-mail: hr@management.az ünvanına vakansiya adını mövzu yerinə qeyd etməklə müraciət edə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...