Qısa məzmun
Kanatis MMC şirkəti Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
“KANATİS” MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
“Kanatis” MMC – peşəkar məsləhətçilər tərəfindən yaradılan hüquq, vergi və mühasibatlıq, insan resursları və biznesin idarə edilməsi üzrə konsaltinq şirkətidir. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaq, “Kanatis” MMC artıq bir çox nüfuzlu müəssisələrlə əməkdaşlığa başlamış, iri yerli və beynəlxalq layihələrlə bağlı xidmətlər göstərmiş və beynəlxalq reytinq agentlikləri tərəfindən listinqlərə alınmışdır.
Tələblər:
- Ali təhsil müvafiq sahədə ;
- Iş təcrübəsi: minimum 3-5 il;
- Dil bilikləri (ingilis və rus dili yaxşı səviyyədə);
- MS Office bilikləri;
- Komanda ilə işləmə bacarığı, çevik, hədəfyönümlü.
Vəzifə öhdəlikləri:
- Şirkətin təsis sənədlərində baş vermiş dəyişikliklərin qeydiyyata alınması üçün zəruri sənədləri toplamaq, tərtib etmək, rəsmiləşdirilməsini və müvafiq qeydiyyat orqanlarına təqdim edilməsini təmin etmək;
- Hüquqi rəylər, arayışlar və sorğuların tərtibini təmin etmək, şirkətin struktur bölmələrindən daxil olan hüquqi məsələlər və qanunvericiliyin izahı ilə bağlı müraciətlərə baxılmasını, onların yazılı və ya şifahi şəkildə cavablandırılmasını ,şöbənin fəaliyyətinə uyğun olaraq nümunəvi sənədlərin tərtibini təmin etmək;
- Yeni müqavilələrin tərtib edilməsini, ehtiyac olduqda mövcud müqavilələrdə lazımi dəyişikliklər etmək;
- Müqavilə layihələrinin digər struktur bölmələrlə birgə hazırlanmasında iştirak etmək, müqavilələrin ekspertizasını aparmaq, ilkin və təkrar rəy vermək, əlavə sazişin tərtib edilməsini təmin etmək;
- Xarici vətəndaşların sənədləri ilə bağlı hüquqi rəy vermək, zəruri sənədləri hazırlamaq və ehtiyac yarandığı halda səfirliklərlə və s. qurumlarla danışıqlar aparmaq;
- Akt, əmr, ərizə, etibarnamə, protokol tərtib edilməsini ,şirkətə daxil olan müraciətlərə (daxili ya da xarici) baxılmasını, onların araşdırılaraq cavablandırılmasını təmin etmək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- 5 günlük iş qrafiki;
- Korporativ nömrə ilə təmin olunur.
- Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Hüquqşünas” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.