Direktor köməkçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Alyans Tekstil” MMC Direktor köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. Ən az 1 il iş təcrubəsi olmalıdır.

İş barədə məlumat:

  • Direktorun tapşırığı əsasında sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
  • Direktorun iştirak edəcəyi iclaslarının, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması;
  • Keçirilmiş iclasların / görüşlərin protokolların hazırlanması, qeydiyyatının aparılması və qısa zamanda müvafiq şəxslərə göndərməsini təmin etməli;
  • Direktorun qonaqlarının qəbul edilməsi;
  • Daxil olan telefon zənglərinin cavablandırılması və adiyyatı üzrə yönləndirilməsi;
  • Daxil olan hesabatların toplanması, nəzərdən keçirilməsi və birbaşa rəhbərə təqdim edilməsi;
  • Direktorun ölkədaxili və ölkəxarici ezamiyyətləri ilə bağlı məsələlərin vaxtı vaxtında həll edilməsi;
  • Direktorun imzasına daxil olan sənədlərin qəbul edilməsi;
  • Direktorun tapşırığına əsasən məktublar, sorğular və digər sənədlərin hazırlanması;
  • İş yerinin zəruri texniki vasitələr və dəftərxana ləvazimatı ilə təmin edilməsinə nəzarət edilməsi;
  • Direktorun tapşırıqlarına əsasən iş üçün zəruri olan materialların çap edilməsi və məlumat bazasına daxil edilməsi;
  • Baş direktorun tərəfindən tapşırılan müvafiq vəzifələrin yerinə yetirilməsi.
  • Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı

Namizəd üçün tələblər:

  • Yalnız xanım namizədlər,
  • Bizim üçün ideal namizəd: Ali təhsilli;
  • Analoji sahədə ən az 3 il iş təcrübəsi olan;
  • Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olandır.O cümlədən :- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı;
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli;
  • İşgüzar, məsuliyyətli və yüksək davranış keyfiyyətlərinə malik olmalı;
  • Azərbaycan və rus dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir, ingilis dili biliənlərə üstünlük veriləcəkdir.
  • Sumqayıt şəhərində və ya ora yaxın ərazilərdə yaşayanlara üstünlük veriləcəkdir.
  • İş saatı bitdikdən sonra ehtiyyac olduğu təqdirdə işdə qalmaq imkanı olmalı.
  • Direktor köməkçisi vəzifəsində təcrübəsi olan İntizamlı, ünsiyyətcil, məqsədyönlü, stressli şəraitə uyğun, işinə peşakarca yanaşan.

Əmək haqqı razılaşma əsasında təyin edilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Direktor köməkçisi” yazaraq göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı