Məhsulların yaradılması və Partnyorlarla iş şöbəsi – aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bank Məhsulların yaradılması və Partnyorlarla iş şöbəsi – aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir

Vəzifə öhdəlikləri:

  • Kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar və hüquqi şəxslərin (bundan sonra: KOS müştərilər) fəaliyyətləri ilə bağlı qanunvericilikdə olan dəyişikliklər ilə əlaqədar mövcud kiçik və orta sahibkarlıq seqmenti üzrə (bundan sonra: KOS seqment) cari bank məhsul və xidmətlərinin modifikasiyası və ya yeni təqdim ediləcək bank məhsul və xidmətlərinin yaradılması və aidiyyəti struktur bölmələr ilə birgə tətbiqinin həyata keçirilməsi;
  • KOS seqmenti üzrə bankdaxili normativ sənədlərin işlənib hazırlanmasında aidiyyəti struktur bölmələr ilə birgə əməkdaşlığın aparılması;
  • KOS seqmenti üzrə daxili və xarici bazar şərtlərinin müntəzəm olaraq araşdırılması və zərurət yarandığı təqdirdə mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması və tabe olduğu birbaşa rəhbərə təqdim edilməsi;
  • Mövcud məhsul və xidmətlərin effektivliyinin müəyyən edilməsi məqsədi ilə müvafiq struktur bölmələrdən hesabatların əldə edilməsi üçün tabe olduğu birbaşa rəhbərin razılığı əsasında müvafiq strukturlara müraciətin ünvanlanması, əldə edilmiş məlumatların təhlilinin aparılması və nəticələri barədə hesabatın təqdim edilməsi;
  • Məhsulların inkişaf etdirilməsi istiqamətində bankdaxili qısa və uzunmüddətli layihələrin hazırlanması prosesində Bankın digər sruktur bölmələri ilə birgə əməkdaşlıq;
  • KOS seqmenti üzrə rəqəmsal bank məhsul və xidmətlərin inkişaf etdirilməsi istiqamətində təkliflərin hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Yeni layihələrin həyata keçirilməsi istiqamətində təkliflərin hazırlanması və təqdim edilməsi;
  • Cari və yeni layihələr üzrə yerli və beynəlxalq təşkilatlar ilə əməkdaşlığın formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində verilən tapşırıqların icrası və hesabatların təqdim edilməsi;
  • KOS müştərilərin daimi bazarda dəyişən tələblərinə uyğun olaraq müvafiq cari məhsul və xidmətlərin təkmilləşdirilməsi üçün bazarın araşdırılması və təkliflərin verilməsi;
  • Departamentin fəaliyyət istiqamətlərinə uyğun olaraq, səlahiyyətləri çərçivəsində bankdaxili məlumat bazalarına və əməliyyat sistemlərinə çıxışların əldə edilməsi;
  • Rəhbərliyin aidiyyatı digər tapşırıqlarını icra etmək, şöbənin və departamentin fəaliyyət dövrü ərzində əmələ gələn digər vəzifələrin yerinə yetirilməsi;

Vakant vəzifə üzrə tələblər:

  • Ali iqtisadi təhsil / hüquqi təhsil;
  • Tələb olunan sahə üzrə ən azı 2 illik iş təcrübəsi
  • Səlis Azərbaycan dili, Rus dili (İngilis dili arzuolunandır);
  • Analitik düşüncə və yaradıcılıq qabiliyyəti;
  • Komandada işləmə bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 aprel 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Məhsulların yaradılması və Partnyorlarla iş şöbəsinə Mütəxəssis / Aparıcı Mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiya siyahısı:

Məhsul sahibi (Product owner)

Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...

Bank Respublika

22.11.2024 - Bakı

Uçotçu

Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...

Perla mebel

22.11.2024 - Goran

Mühasib

Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Barkod Electronics

22.11.2024 - Bakı

1500 — 2000 ₼
Aparıcı mühasib

Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

18.11.2024 - Bakı

600 — 800 ₼
Kiçik – Mühasib

Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

18.11.2024 - Bakı

Audit Üzrə Mütəxəssis

Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

14.11.2024 - Hacıqabul

Kassir

Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Mühasib (Restoran)

Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi

Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

04.11.2024 - Bakı

Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert

“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...

Rabitabank OJSC

01.11.2024 - Bakı

Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi

Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

30.10.2024 - Bakı

Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı)

Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...

Bank Respublika ASC

30.10.2024 - Bakı