Qısa məzmun
LegoMego Nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir.
İş haqqında:
- İnsanlar öz vaxtlarını səmərəli keçirmək üçün istənilən ölçüdə və qiymətə Lego’ları oynayıb yığmaq imkanı əldə edirlər.
- Lego Mego çox sayda insana eyni vaxtda seçim və Lego dəstlərini yığmaq sevinci bəxş edir.
Vəzifə öhdəlikləri:
- Ərazini qonaq qəbuluna hazırlayır;
- Günün əvvəlində oyuncaqları təmizləyir, xüsusi məhlulla dezinfeksiya edir və səliqəli şəkildə düzür;
- Gün ərzində oyuncaqların təmizliyinə və səliqəsinə nəzarət edir;
- Qonaqları qarşılayır, onları oyun zalının qaydaları ilə tanış edir;
- Qonaqların oyun zalının qaydalarına riayət etməsinə nəzarət edir;
- Qonaqların oyuncaqlarla təhlükəsiz davranmasına nəzarət edir;
- İş yerində təmizliyə və nizam-intizam qaydalarına daim əməl edir;
- Qonaqların təhlükəsiz əyləncəsi üçün şərait yaradır;
- Qonaqların oyundan həzz ala bilməsinə şərait yaradır;
- Qonaqların bir-birinə mane olmamasına nəzarət edir.
Vəzifəyə olan tələblər:
- Ali və ya orta-texniki təhsilli.(pedoqoji təhsil, uşaq baxçası müəlliminə üstünlük verilir).
- Uşaqları və uşaqlarla işləməyi sevməli;
- Azərbaycan və rus dillərini sərbəst bilməli
- Stolüstü oyunları anlayan və oynamağı bacaran;
- ünsiyyətcil, gülərüz, hər cür konfliktdən qaçan
- problemli situasiyalardan çevik çıxmaq qabiliyyəti
- Cins Qadın
Digər şərtlər:
- COVİD”Sertifikat – 3 doza olması vacibdir
- QEYD: Xahiş olunur mailin mövzu hissəsində “ Legomego nəzarətçi” qeyd edəsiniz.