İnsan Resursları Əməliyyatlar üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu İnsan Resursları Əməliyyatlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: İnsan Resursları Əməliyyatlar üzrə mütəxəssis

İş yeri: Bakı şəhəri,Məhəmmədi qəsəbəsi.
İş təcrübəsi: Sahə üzrə 1-3 il
Təhsil: Ali
Yaş həddi: 23-35

İşin təsviri: Kadr inzibatçılığı və Nizam-intizam məsələləri ilə əlaqədar prosesləri icra edir.

Vəzifə öhdəlikləri:

  • E-gov portalında əməliyyatları icra etmək;
  • Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
  • Nizam-intizam qaydalarına əsasən rəsmi sənədlərin hazırlanması;
  • İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materiallarn hazırlanması;
  • Nizam-intizam məsələləri ilə bağlı struktur rəhbərləri ilə görüşmək;
  • Şirkətin kadr işləri üzrə sənədləşmə prosesini idarə etmək;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
  • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək.

Tələblər:

  • Mükəmməl səviyyədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
  • Sənədləşmə və yazışma işlərini aparmaq qabiliyyəti ;
  • MS Office kompüter proqramlarından istifadə etmək bacarığı;
  • Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
  • E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları.
  • Bəy namizədlərə üstünlük veriləcəkdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat ilə çatdırılır;
  • Nahar ilə təmin edilir;
  • 5 günlük iş qrafiki;
  • Əmək müqaviləsi;
  • Endirimli tibb xidməti.

Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə -“İR Əməliyyat mütəxəssisi” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı