Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Avrora Əmək haqqı hesablanması üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Tibbi Sığorta ilə təminat olunur.
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət edilməsi;
- Məzuniyyət, xəstəlik və ya analıq vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasının təmin edilməsi;
- Əmək haqqı sistemi vasitəsilə şirkət üçün əmək haqqının hazırlanmasının düzgün və vaxtında həyata keçirilməsi;
- Əmək haqqına dair bütün hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
- Əmək haqqına dair bütün sorğuların həll edilməsi;
- Əmək haqqının verilməsinə dair vasitələr, ən yaxşı təcrübələr və proseslərin təkmilləşdirilməsi;
Tələblər:
- Ali təhsil (Maliyyə sahəsi üzrə);
- Yaş həddi : 25-35;
- Əmək haqqı hesablanması üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
- Vergi məcəlləsi, Əmək məcəlləsi, DSMF haqqında qanun və aidiyyəti qanunvericiliklər haqqında biliklər;
- Ofis proqramlarında (xüsusilə Excel yaxşı səviyyədə) sərbəst istifadə bacarığı;
İş Şərtləri:
- Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;
- Tibbi Sığorta ilə təminat;
- Şirkət hesabına nahar.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Əmək haqqı hesablanması üzrə Mütəxəssis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...