Qısa məzmun
Sinteks Şirkətlər qrupuna hal hazırda Əməliyyatlar üzrə Baş Menecer tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu mağazada məhsulların alışını və satışını təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
- Şirkətin illik/mövsümlük alış büdcələrini formalaşdırır
- Kommersiya və qeyri-kommersiya məhsullarının sifarişini təmin edir
- Hazırlanmış sifarişlərin ödənilmə və çatdırılma planını öncədən tərtib edir və plan üzrə icra olunmasını təmin edir
- Etiketləmə prosesinin vaxtında aparılmasını və əmtəə məhsulunun satış nöqtələrinə çatdırılmasını təmin edir
- Mövsümi valyuta məzənnəsini və pərakəndə satış qiymətini müəyyən edir
- Hər bir mağaza üçün illik, mövsümlük və aylıq satış hədəflərini təyin edir və bu hədəflərə çatmağı təmin edir
- Mövsümi endirimlə satış üçün məhsullarını müəyyənləşdirir
- Outlet mağazasına göndəriləcək məhsulların siyahısını və onların pərakəndə satış qiymətlərini müəyyən edir
- KPİ göstəricilərini müəyyənləşdirir və hər ay monitorinqini keçirir
- Mağazalarda işçi heyətinin müvafiq sayda və keyfiyyətdə olmasını təşkil edir
- Tabeliyində olan şöbələrin növbəti il üçün maliyyə planını edir
Əsas tələblər:
Təhsil:
- Ali təhsil (Biznesin İdarə edilməsi ixtisası üzrə arzuolunandır)
Təcrübə:
- Pərakəndə satış sahəsində ən az 8 il iş təcrübəsi
- İdarəetmə sahəsində ən az 6 il iş təcrübəsi
- Strateji planlaşdırma üzrə iş təcrübəsi
- Satınalma sahəsində iş təcrübəsi
- Müsahibə aparmaq təcrübəsi
- Bonus sistemi ilə işləmə təcrübəsi
Professional Biliklər:
- Satış prosedurları və qaydaları
- Satışın təşkili
- Satış texnikası
- Müştəri xidməti standartları
- Şirkətin daxili idarəetmə proseduru
- Merçendayzinq qaydaları
- Səlis İngilis dili biliyi
- MS Office Proqramlarını
Professional Bacarıqlar və Kompetensiyalar:
- İdarəetmə bacarığı
- Liderlik
- Nəticəyə yönümlülük
- Analitik düşüncə
- Həvaləetmə bacarığı
- Vaxtın idarə olunması
- Təşkilatçılıq
- Ünsiyyət bacarıqları
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Əməliyyatlar üzrə Baş Menecer” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...