Qısa məzmun
Point Hotel Baku Xadimə vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Xadimə peşəsi üzrə ən azı 1-3 il iş təcrübəsi olmalı;
- Mehmanxana sahəsində çalışmış namizədlərə üstünlük veriləcək.
- Komandada işləmək bacarığı.
- İşə qarşı məsuliyyətli olmaq.
- Dil bilikləri (Azərbaycan dili)
Öhdəliklər:
- Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək; qonaqların şikayətlərini operativ şəkildə qrup rəhbərinə / nəzarətçilərinə /Təmizlik şöbəsinin menecerinin köməkçisinə çatdırmaq.
- Qonaq otaqlarını təmizləmək.
- Dəhlizlər və ətrafda yerləşən xidməti otaqların təmizliyini təmin etmək.
- Əl arabasını təmizləmək və qablaşdırmaq.
- Otaqlardakı nöqsanlar haqqında xəbər vermək.
- İtmiş və zədələnmiş əşyalar haqqında xəbər vermək.
İş Şərtləri:
- Əmək haqqı 400 AZN
- 6 günlük növbə cədvəlinə uyğun iş həftəsi.Həftədə bir gün istirahət.
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.
- Nahar yeməyi mehmanxana tərəfindən təmin edilir.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Xadimə” mövzusu altında göndərə bilərlər.