Baş Anbardar
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ricon MMC Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. İngilis dili arzuolunandır.

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək.
  • Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək.
  • Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı olmasına nəzarət etmək.
  • Anbarda olan malların təhlükəsizliyinə görə cavabdeh olmaq.
  • Stok sayına nəzarət etmək, bitmək üzrə olan mal-materiallar barədə, vaxtında təchizat şöbəsinə məlumat vermək.
  • Mədaxil-məxaric proseslərini düzgün icra etmək və  sənədləşdirmək.
  • Müvafiq hesabatları hazırlamaq və vaxtında təqdim etmək.
  • Əməyin təhlükəsizliyi normalarına əməl etmək Tabeliyində olan anbardarların işinə nəzarət və s.
  • Anbarda işləyən heyətin işini nizamlamaq.
  • İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyyətə bildirmək.
  • Anbar nəzarətçiləri tərəfindən tərtib edilən fakturalarda göstərilən miqdarın dəqiq olaraq maşınlara yüklənilməsinə nəzarət etmək.
  • Hesabatları təsdiq etmək, material və ya məhsulların paylaşdırılmasına nəzarət etmək.
  • İxrac yüklərini  qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlamaqla yerlərin çəkisinin dəqiqləşdirilməsini, markalanmanın düzgünlüyünü yoxlamaq.
  • Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul etmək və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil etmək.
  • Yükün göndərilməsi barədə kompüter vasitəsilə «Anbar»1C 8.3 proqramında müvafiq əməliyyatları aparmaq.
  • Daşınan yükün qeydiyyat sənədlərini yoxlamaq və düzgün olmasını təsdiq etmək, yüklərdəki çatışmamazlıqlar və artıq çəki ilə əlaqədar yaranan məsələləri cavablandırmaq, eləcə də ehtiyatların vəziyyətinə nəzarət ilə əlaqədar yaranan problemləri həll etmək..
  • Yükün qablaşdırılmasına diqqət yetirmək.
  • Zəruri hallarda – yüklərin sənədləşməsində çatışmamazlıq, yer və çəki çatışmamazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək.
  • İnventar sistemlər üzrə hesabatların hazırlanmasına nəzarət etmək və inventar hesabatları təhlil etmək.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Müvafiq vəzifə üzrə  6 illik iş təcrübəsi (tikinti sahəsində ən azı 3 il olması mütləqdir);
  • Mal-materialların yükləmə, boşaltma və anbar daxilində təhlükəsiz yerləşdirilməsi qaydalarını bilməli.
  •  Anbar hesabatları ilə işləməyi bilməlidir;
  • 1C 8.3 proqramında sərbəst işləmək bacarığı;
  • Yüksək səviyyədə MS Office proqramları, xüsusilə Excel biliyi mütləqdir;
  • Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır;
  • Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı;
  • İdarəetmə bacarığı;

Şərtlər:

  • Şirkət tərəfindən təyin olunmuş ölkə daxili ezamiyyətlərə gediləcəkdir.
  • Əmək haqqı:1200-1500.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Baş anbardar” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssis

Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

19.11.2024 - Bakı

500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssis

Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

14.11.2024 - Bakı

700 — 800 ₼
Anbardar-1C operator

PRO CON İZO MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

01.11.2024 - Bakı

500₼
Anbarda toplayıcı

Logist LLC Anbarda toplayıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Logist LLC

01.11.2024 - Bakı

1500 — 2000 ₼
Logistika üzrə koordinator

ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

ASADZADESANAN MMC

30.10.2024 - Bakı

Logistics Internship

Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...

International Logistics Company

21.10.2024 - Bakı