Qısa məzmun
Alco MMC İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali bakalavr təhsili (magistr təhsili arzu olunandır);
- Müvafiq sahədə iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan, Rus, İngilis dilləri biliyi;
- Azərbaycan Respublikası Əmək məcəlləsi biliyi;
- MS Office (Word, Excel) proqramında sərbəst işləmək bacarığı.
Vəzifə funksiyaları:
- Əmək müqavilələri, ona edilən dəyişikliklərə dair müvafiq əlavələri, əmək müqaviləsinin ləğv edilməsi bildirişinin elektron informasiya sisteminə (ƏMAS portalına) gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi;
- Əmrlərin (qərarların) hazırlanması və onların qeydiyyatının aparılması;
- Arayışların, xəstəlik vərəqələrinin və çıxarışların hazırlanması və qeydiyyatı;
- Məzuniyyət təqviminin hazırlanması və onun monitorinqi;
- CV-lərin toplanması, qruplaşdırılması, ilkin qiymətləndirilməsi və müsahibələrin təşkil edilməsi;
- Mövcud vakansiyaların təhlil edilməsi, elanların hazırlanması və yerləşdirilməsi;
- İşçilərin şəxsi işçilərin arxivinin aparılması, mühafizəsinin təmin edilməsi, əmək müqaviləsi ləğv edilmiş işçilərin şəxsi işlərinin Cəmiyyətin arxivinə təhvil verilməsi;
- Əmək kitabçasının açılması, doldurulması və əmək müqaviləsi ləğv edilmiş işçilərə əmək kitabçasının təhvil verilməsi;
- Vəzifəsindən irəli gələn digər işlərin icra olunması.
İş yeri: Azərbaycan, Bakı, Səbail rayonu (İçərişəhər), Vəli Məmmədov, 3 (Polşa Səfirliyinin yanı)
Əmək haqqı: müsahibənin nəticəsi əsasında təyin olunacaq.
CV-ləri mail ünvanında göndərməyiniz xahiş olunur.
Tel: 0125056810/11
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...