Qısa məzmun
Baku Marriott Hotel Boulevard Baş aşpaz köməkçisi (Executive Sous Chef) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İaşə obyektinin fəaliyyəti, bazar və arzu olunan biznes hədəfləri üçün müvafiq sayılan menyular işləyib hazırlamaq, təklif etmək, təsvir etmək və qiymətləndirmək.
- Xüsusi olaraq işlərin pik vaxtlarında mətbəxin bütün əməliyyatlarına nəzarət etmək, zəruri sayıldıqda, müvafiq tənzimləmələri həyata keçirmək.
- İstehlak auditinin nəticələrinə cavab vermək və müvafiq dəyişikliklərin həyata keçirilməsini təmin etmək.
- Bütün işçilərin bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmaqlarını təmin etmək.
- Masaya verilən yemək və qida məhsullarının dadına baxmaq və nəzarət etmək, müvafiq hallarda rəy bildirmək və düzəlişlər etmək.
- Təsdiqlənmiş menyunun davamlı şəkildə icrasını təmin etməklə, iaşə obyekti üçün kulinariya standartları müəyyən etmək və hər bir məmulatın hazırlanması və təqdim edilməsi üçün əməkdaşlara zəruri biliklər öyrətmək.
- Müştərilərin kulinariya gözləntilərini qarşılamaq və üstələmək üçün xüsusi menyular yaratmaq, alternativ təkliflər vermək, müştərilərin spesifik tələblərini qarşılamaq və onlarla ünsiyyətdə olmaq.
- Qonaqlarla ünsiyyətdə olan bütün mətbəx işçilərinin hər zaman müştərilərə eksklüziv xidmətlər təqdim etmələrini təmin etmək.
- Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onları başa çatdırmaq.
- Standart reseptlərin işlənib hazırlanması, yazılması, sınaqdan keçirilməsi, yenilənməsi və yerinə yetirilməsinə kömək etmək.
- İnventarların idarə edilməsi, otelin əməliyyat avadanlıqları və digər aktivlərinə müntəzəm texniki xidmət göstərilməsi, o cümlədən nominal anbarların təşkili, tələb olunduqda, avadanlıqlara qulluq, onların qorunub saxlanılması və inventarlaşdırılması işlərində iştirak etmək.
Namizədə olan tələblər:
- Otel sahəsində Böyük Aşpaz kimi azı 3 il iş təcrübəsi;
- Aşpazlıq ixtisası üzrə peşə təhsili və ya müvafiq sertifikatlar;
- Azərbaycan, Avropa və Asiya mətbəxləri üzrə biliklər;
- Çevik iş qrafiklərində işləmək bacarığı;
- Sanitariya-gigiyena normaları üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (üstünlükdür).
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Baş aşpaz köməkçisi (Executive Sous Chef)” qeyd edərək CV-lərini elektron ünvanına 13 yanvar 2023-cü il tarixinədək göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər işə qəbul prosesinin növbəti mərhələlərinə davət olunacaqlar.