Qısa məzmun
Sinteks Group of Companies Kiçik Hüquqşünas vəzifəsi ürə vakansiya elan edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Bu vəzifənin rolu hüquqi proseslərin təmin edilməsində iştirak etməkdir.
Vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərin, müqavilələrin hazırlanmasında və departamentin digər hüquqi prosedurların icrasının təmin edilməsində iştirak edir
- Daşınan və daşınmaz əmlakın sığortalanmasını həyata keçirir
- Müqavilələri arxivləşdirir
- Əməkdaşların icra sənədlərinin uçotunu aparır
Əsas tələblər:
Təhsil:
- Ali hüquqi təhsil
Təcrübə:
- Hüquq sahəsində 1 il iş təcrübəsi
Professional biliklər:
- Mülki, İnzibati, Əmək Qanunvericiliyi
- İngilis dili arzuolunandır
- MS Office Proqramları
Professional bacarıq və kompetensiyalar:
- Ünsiyyət bacarıqları
- Detallara diqqət
- Nəticə yönümlülük
- Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kiçik Hüquqşünas” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.