Qısa məzmun
PASHA Insurance İnformasiya Təhlükəsizliyi üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Vəzi̇fə və Öhdəliklər:
- İnformasiya Sistemlərində istifadəçilərin və administratorların girişlərinə və səlahiyyətlərinə nəzarət mexanizimlərin idarə edilməsi
- İnformasiya Sistemlərinin, proseslərinin şirkət siyasətlərinə və ITGC audit kontrollarına uyğunluğunun müəyyən edilməsi
- Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və Biznes komandaları ilə sıx işləmək;
- DLP, PAM, NGFW, WAF, Endpoint Securty, Azure Security & Complience, IDS/IPS, SIEM və s. informasiya təhlükəsizliyi sahəsində mövcud olan sistemləri ilə işləmə, sazlanma və idarə edilməsi;
- Biznes üçün kritik verilənlərin inventar, təsnifat və identifikasiyasının müəyyən olunması üçün lazımi tədbirlərin görülməsi;
- Rəqəmsal infrastrukturun bir neçə sahə üzrə müdafiəsi üçün nəzərdə tutulmuş məhsulların gündəlik monitorinqinin aparılması, analizi, idarə edilməsi və hesabatın hazırlanmısı.
Biliklər və Bacarıqlar:
- İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsi üzrə ali təhsil;
- İnformasiya Texnologiyaları və ya, İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 2 il, iş təcrübəsi;
- Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilən;
- Əməliyyat sistemləri Windows və Linux əməliyyat sistemləri üzrə yaxşı biliyi olan;
- PAM, DLP, SIEM, WAF, IDS/IPS və Azure Security & Complience sistemləri ilə iş təcrübəsi olan.
- ITGC audit kontrolları ilə məlumatlı olan.
- Təhlükəsizliyin təmin edilməsi sistemlərinin iş prinsiplərini anlayan və ümumi şəbəkə təhlükəsizliyi haqqında məlumata sahib olan;
- Osquery, MITRE, Yara, Sysinternals ilə tanış olması arzuolunandır
- Müxtəlif proqramlaşdırma dillərində (.NET, C#, Python, Javascript və.s) ilə tanış olması arzuolunandı.
- OWASP mobil və veb metodologiyası tanış olması arzuolunandır.
- ISO27001, CIS, NIST və ya DISA qabaqcıl təcrübələrin biri ilə tanış olması arzuolunandır;
- Analitik düşüncə və stressə dözümlü olmaq bacarığı;
- Texniki konsepsiyada olan problemləri və fikirləri digər şəxslərə çatdırmaq bacarığı (texniki biliklərə malik və yaxud əksinə, texniki biliklərə malik olmayan şəxslərə);
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Səbrli və soyuqqanlı olmaq bacarığı.
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...