Qısa məzmun
Portal Games İnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Düzgün kadr seçiminin siyasətinin aparılması;
- İnsan resursları planlamasını həyata keçirmək, müəyyən edilmiş vakansiyalar üzrə iş elanlarını yerləşdirmək və namizədlərlə müsahibələrin həyata keçirilməsi;
- Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
- İşçilərin şəxsi işlərini hazırlamaq;
- İşə qəbul və digər əməliyyat hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirilməsi.
Namizəddən tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi;
- Azərbaycan dili -sərbəst, rus dili-sərbəst;
- Əmək məcəlləsi üzrə biliklər;
- Analitik düşüncə və düzgün qərar vermə;
- Kollektivdə işləmək bacarığı;
- Sahə üzrə sertifikatları olan namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
- Şəhərin mərkəzində ofis
- İş rejimi: həftənin 5 günü 11:00-19:00; 6-cı gün 12:00-16:00 (qısa iş günü).
- İstirahət: Bazar günü.
- Əmək haqqı: 600 AZN
Yalnız qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə CV-lərini hr@portalgames.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...