Qısa məzmun
Azproduct MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Anbara qəbul edilən malların (xammal, hazır məhsul, tara) siyahı üzrə yoxlanılmasını və nəzərdə tutulan zonalara yerləşdirilməsini təşkil etmək;
- Sifarış tələbi əsasında anbardan mal çıxışını təşkil etmək;
- Anbarda olan məhsulların təhlükəsiz saxlanılmasının təmin etmək;
- Saxlama rejiminə əməl olunmasına riayət etmək;
- Daxil olan yüklərin qəbul edilməsi üçün yer hazırlamaq;
- Anbar əməliyyatlarının uçotunun aparılmasında iştirak etmək;
- Malların inventarizasiyasının aparılmasında iştirak etmək;
- Anbar qalığına nəzarəti həyata keçirmək;
- Anbar sənədlərinin vaxtlı vaxtında sistemə işlənilməsi və günlük yoxlanılmasını təmin etmək;
- Təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasını nəzarət etmək;
- Aylıq stok sayımınında iştirak etmək, stokda olan çatışmamazlıqları müəyyən etmək və müvafiq hesabat hazırlamaq;
- Malın hərəkəti ilə bağlı bütün əməliyyatları prosedurlar üzrə tələb olunan sənədlər əsasında icra etmək (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
Namizədə dair tələblər:
- Ali təhsil (bakalavr);
- Pərakəndə satış və müştəri xidməti mühitində 3 il və üzəri təcrübə;
- Yüksək təşkilati bacarıqlar (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.);
- Satış texnikası və prinsiplərini bilmək;
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək;
- İşgüzar davranış etikası;
- Analitik bacarıqlara sahib olmaq;
- Münaqişələrin həlli bacarıqları
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik; Əla təqdimat bacarığı
- Bacarıq və bilikləri başqaları ilə bölüşmək bacarığı;
- Şifahi və yazılı ünsiyyət bacarıqları;
- Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti, ingilis dili arzu olunandır;
- MS Office proqramları üzrə biliklərə sahib olmaq.
- Əmək haqqı 500-550 AZN
İş şəraiti:
- İş günləri: VI gün, 1 gün istirahət;
- Nahar şirkət tərəfindən verilir.
- İş yeri: Neftçala rayonu, Sənaye məhəlləsi
- Şirkət Netçala rayonunda yerləşdiyi üçün üstünlük həmin bölgədən olan namizədlərə veriləcək.
- Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Anbardar” qeyd etməklə hr@azproduct.az elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Logistika üzrə koordinatorASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Logistics Internship
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...