Ofis meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. StudyLab Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
  • Sənədlərin uyğunluğunun yoxlanılması, sənədləri elektron qovluqlarda (serverdə) düzgün şəkildə yerləşdirilməsi və qovluqların vahid struktur-sistem formasında təşkilinə nəzarət edilməsi.
  • Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək və onun təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Qonaqların qarşılanması və aidiyyatı şəxslərlə görüşünü təşkil edilməsi;
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqların vaxtı vaxtında yerinə yetirilməsi
  • Sosial şəbəkə üzərindən daxil olan müraciətlərin cavablandirilmasi və müştərilərə şirkət və satis qiymətləri haqqında ilkin məlumatın verilməsi və yönləndirilməsi;
  • Potensial müştərilərin cəlb edilməsi üçün telefon zənglərinin edilməsi;
  • Təhsil məhsullunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi;
  • Rəhbərlik tərəfindən daxil olan tapşırıqların icrası; Iş qrafikinə uyğun iş planının hazırlanması, gündəliyinin tutulması (görüşlər, zənglər, qəbullar, iclaslar v.s.);
  • Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək;

Namizədə tələblər:

  • MS Office (Word, Excel) proqramları üzrə biliklər
  • Ali təhsil müəssisəsinin məzunu olmaq;
  • Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi.
  •  Kargüzarlıq qaydalarını bilməlidir
  • Azərbaycan dilində səlist danışan/yazan (rus və ingilis dili bilikləri olanlara üstünlük verilir);
  • Ciddi, səbirli, xoş görünüşlü və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı; Yüksək təşkilatçılıq bacarığı

Şərtlər:

  • Əmək haqqı 600 azn + bonus 
  • Bazar ertəsi – Cümə 09:30 -18:30  / Şənbə 10:00  – 16:00
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
  • İş yeri : “StudyLab” Mərkəz Ofis

Ünvan:  Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası: elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Ofis meneceri”  yazıb CV göndərməklə müraciət edilir.

Son müraciət tarixi: 30 Yanvar, 2023

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı