Qısa məzmun
Unimetal Tornaçı vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Dəzgahın istismarı ilə bağlı tələbləri müəyyən etmək;
- Dəzgahın hazırlanması prosesində istifadə ediləcək müvafiq alət, avadanlıq və materialları seçmək;
- Kəsici alətləri, ehtiyat hissələrini və ya dəzgah əlavə edilən materialları yoxlamaq;
- İstismardan əlavə avadanlığı yoxlamaq;
- Maksimum səmərəlilik səviyyəsinin əldə edilməsi və iş tapşırığının yerinə yetirilməsi baxımından əməliyyatların ardıcıllığını müəyyən etmək;
- Məhsulları emal etmək üçün tələb olunan metodları və əməliyyatların ardıcıllığını, habelə məhsulun ölçüləri və parametrlərini müəyyən etmək üçün ilkin detallar, cizgilər və texniki tələbləri öyrənmək;
- Torna əməliyyarı üçün materialları düzgün şəkildə qoymaq;
- İstismar prosedurlarına və istehsalçının texniki şərtlərinə uyğun olaraq dəzgahı işə salmaq, işlətmək və söndürmək;
- Dəzgahı təmizləmək və yağlamaq, eləcə də yağlar, pas, ləkələr və kənar elementləri götürmək;
- İstismar zamanı dəzgahın işinə və sürətinə nəzarət etmək;
- Mikrometr və s. bu kimi dəqiq cihazlardan istifadə etməklə qüsurların olub-olmadığını aşkar etmək və texniki tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə tamamlanmış hissələri ölçmək, yoxlamaq və ya test etmək;
- Lazımi şəkildə yağlanmasını və ya soyumasını təmin etmək məqsədi ilə emal olunan detalı yoxlamaq.
Namizədə tələblər:
- Sahə üzrə texniki biliklər;
- Dəzgahların iş prinsipi və qurulması, torna dəzgahlarının konstruktiv xüsusiyyətləri və torna dəzgahlarının universal mexanizmlərinin dəqiqliklə yoxlanması qaydaları;
- Detalların dəzgahda qurulma və yoxlanma üsulları;
- Xüsusi torna qurğularının işlətmə qaydaları, kəsmə rejimləri;
- Mürəkkəb torna əməliyyatları üçün sürət və iş prinsipi.
- Kollec və ya peşə təhsili;
- Müvafiq sahə üzrə ən az 3 illik iş təcrübəsi.