İnsan Resursları üzrə mütəxəssis (Neftçala)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MKT İstehsalat Kommersiya MMC İnsan Resursları üzrə mütəxəssis (Neftçala) vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

  • İşçilərin şəxsi işlərini aparır, formalaşdırır.
  • Kadrların seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və təcrübəçilərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlayır.
  • Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin yüksəldilməsi, mükafatlandırılması, kadrların ixtisasının artırılması və s. işlərinin sənədləşməsini yerinə yetirir.
  • Kadrlar üzrə tələb edilən hesabatların hazırlanması və vaxtında təqdim edilməsinə rəhbərlik edir.
  • Qərar və əmrlərin sənədləşməsini təmin edir.
  • Müəssisədə yerli rəhbərliyin kadrlar üzrə verilmiş əmr və göstərişlərinin layihələrinin yuxarı təşkilatın göstərişlərinə uyğun olub-olmadığını yoxlayır.
  • Tələb olunan yeni işçilərin tapılması, elanların yerləşdirilməsi, ərizələrinin qəbulu və rəhbərliyə təqdim edilməsini təşkil edir.
  • Mövsüm dövrünə hazırlıq zamanı ən azı 1 ay əvvəldən tələb olunacaq işçilərin sayını və vəzifələrini yerli rəhbərliyə təqdim edir.
  • Mövsümi işçilərin təcili sürətdə işə götürülmə və işdən çıxarılma sənədləşməsini icra edir.
  • Kadrlara olan tələbat haqqında birbaşa rəhbərə məlumat verir.
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir.
  • Şəxsi işlərin arxivləşdirilməsini aparır, vaxtı keçmiş işlərin arxivə verilməsini təşkil edir.
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra edir.

Tələblər

  • İnsan resursları sahəsində iş təcrübəsi arzuolunandır;
  • Ali təhsil;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
  • Elektron Hökümət Portalları ilə (ƏMAS; e-sosial; İSB) işləmə bacarığı arzuolunandır;
  • Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı arzuolunandır);
  • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Problemləri həll etmə bacarığı.
  • İngilis və rus dili arzu olunandır;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.

Sizdən gözləntilərimiz nələrdir?

  • Təşəbbüskarlıq;
  • İnnovativlik;
  • Pozitivlik.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş yeri: MKT İK MMC-nin Neftçala filialı;
  • İş qrafiki: Altı günlük iş həftəsi.
  • Neftçala şəhərində yaşayan namizədlərə üstünlük veriləcəkdir.

https://hr.mktcotton.com/az/job/insan-resurslari-uzre-mutexessis-neftchala-1

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı