Qısa məzmun
Baku Electronics LTD Fəhlə üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.
Mərkəzi anbar Şöbəsi hal hazırda Fəhlə vakasniyası üzrə namizəd axtarışındadır!
Vəzifə öhdəlikləri:
- Məhsulları əl və ya əl arabası, forklift, birbaşa qaldırıcı-nəqledici mexanizmlərdən istifadə etməklə yükləyib boşaltmaq;
- 50 kq-a qədər (4 dərəcə) və 50 kq-dan artıq (5 dərəcə) yükləri avtomobillərə və nəqliyyat vasitələrinə yükləyib boşaltmaq;
- Məhsulları daşımaq və anbar daxili kodlaşdırmaya uyğun yerləşdirmək;
- Malları yük maşınına yığdıqda hərəkətini məhdudlaşdırmaq üçün möhkəmləndirmək;
- Müştəriləri gülərüzlə qarşılamaq, hər bir müştəriyə prosedura uyğun xidmət göstərmək və müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq;
- Anbar daxilində sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında yerinə yetirmək.
Tələblər:
- Komandada işləmək bacarığı;
- Ağır, iri həcmli məhsullara işləmək qabiliyyəti;
- Loyallıq və şirkət qaydalarına riayət etmək;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş rejimi: Tam iş günü (6 gün), gündəlik 8 saat
- İş yeri: Bakı şəhəri, Hökməli qəsəbəsi
- Yaş həddi: 25-40
- Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Fəhlə” və uyğun olan bölgəni (Bakı, Lənkəran) qeyd etməklə cv@bakuelectronics.az elektron ünvanına göndərə bilərlər.