Qısa məzmun
Baku Electronics Kadr kargüzarlığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan Respublikası Əmək Məcəlləsini əla səviyyədə bilməli;
- MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti (MS Excel yaxşı səviyyədə);
- Analitik düşüncə və düzgün qərar vermə bacarığı;
- Kadr kargüzarlığı sahəsində minimum 1 il təcrübəsi olmalıdır;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür;
Vəzifə öhdəlikləri:
- Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərin tamlığının yoxlanılması, işçilərin şəxsi işlərini formalaşdırmaq və qorunmasını təmin etmək;
- Əmək müqaviləsinin işəgötürən və işçi tərəfindən ləğv edilməsi, müddətinin uzadılması, xitam verilməsi və xitam verilərkən işçilərin təminatlarının sənədləşdirilməsini təmin etmək;
- Əmək müqavilələrinin bağlanması və ona dəyişikliklərin edilməsinin sənədləşdirilməsini təmin etmək;
- Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotunun aparılması, əmək müqavilələrinin, əmrlərin, digər rəsmi sənədlərin saxlanılmasını təmin etmək;
- İşçilərin əmək fəaliyyəti haqqında sənədin və müvafiq ödənclərin haqq-hesab sənədlərinin tərtib olunması, işçiyə arayışların, xasiyyətnamənin hazırlanmasını təmin etmək;
- Elektron imza ilə kadr kargüzarlığına aid hər bir əməliyyatın e-gov.az elektron hökumət protalına daxil olunmasını və dəyişikliklərin aparılmasını təmin etmək;
- Mükafatlandırılma, əmək və icra intizamının pozulmasına görə intizam tənbehinin verilməsinin sənədləşdirilməsini təmin etmək;
- Maddi məsuliyyət və onun həlli yollarının sənədləşdirilməsini təmin etmək;
- Zərurət yarandığı halda iş vaxtının növləri və tənzimlənməsi, iş vaxtının rejimi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarından istifadəsinin sənədləşdirilməsində iştirak etmək;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Kadr kargüzarlığı üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...