Qısa məzmun
Azərbaycan Beynəlxalq Bankı Biznes analitika üzrə Aparıcı/Baş mütəxəssis (Retail segment Tribe) vəzifəsi üzrə vakansiya elan edir.
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Komanda ilə birgə, biznes tələblərinin formalaşdırılması, analiz edilməsi və sənədləşdirilməsi;
- Tələblər ilə bağlı spesifikasiyaların(İT spesifikasiya daxil) hazırlanması, spesifikasiyanın tapşırıqlara bölünməsi.
- Tapşırıqların(texniki tapşırıqlar daxil olmaqla), maraqlı tərəflərlə müzakirə edilməsi və qoyulmuş tələblərin həyata keçirilməsinin mümkünlüyünün təmin edilməsi;
- Maraqlı tərəflərlə müzakirələr aparmaqla tələblərin icrasının dəyərləndirilməsi;
- Problemlərin aşkarlanmasında, analizində və həll olunmasına dəstək göstərilməsi və nəzarət olunması;
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Güclü komunikasiya və analitik düşüncə qabiliyyətinə;
- Sahə üzrə minimum 2 il təcrübəyə;
- Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) təcrübəsinə;
- MS Office alətləri ilə işləmə bacarığına;
- Azərbaycan dilini səlis, Rus və ya İngilis dili biliyinə(Texniki tapşırığı anlamaq və tərtib etməyə tam kifayət edəcək səviyyədə);
- Jira və Project/Issue management sistemləri ilə işləmək bacarığına;
- Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliklərə;
- Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Oxşar vakansiya siyahısı:
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...